Tərtərdə şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə daha 5 fərdi ev verildi



Bu gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Tərtər 
rayonunda şəhid ailələri Seydimli kənd sakini İsmayılova Şirin Əsəd qızı, 
Əskipara kənd sakini Qasımova Niyar Hacı qızı, Hacıqərvənd kənd sakini 
Muradov Rəcəb Əli oğlu və birinci Qarabağ müharibəsinin ikinci qrup əlilləri 
Tərtər şəhər sakini Səfərov Cəmil Əmiraslan oğlu, Qaradağlı kənd sakini 
Quluyev Abil Rəhim olu üçün tikilmiş 5 fərdi yaşayış evi sahiblərinə təqdim 
olunub. 

Tərtər şəhər sakini, birinci Qarabağ müharibəsinin ikinci qrup əlili Səfərov 
Cəmil Əmiraslan oğlu üçün tikilmiş fərdi yaşayış evində fərdi evlərin təqdim 
olunması ilə əlaqədar keçirilən tədbirdə əmək və əhalinin sosial müdafiəsi 
nazirinin müavini Vüsal Nəsirli və Tərtər rayon İcra Hakimiyyətinin başçısı 
Müstəqim Məmmədov iştirak ediblər. 
Bildirilib ki, möhtəşəm Zəfərimizlə başa çatan 44 günlük Vətən 
müharibəsindən sonrakı dövrdə şəhid ailələri və müharibə ilə əlaqədar 
əlilliyi olan şəxslərə göstərilən genişmiqyaslı sosial dəstək tədbirləri davam 
etdirilir. Şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin mənzil 
və fərdi evlərlə təminatı da bu tədbirlərin mühüm tərkib hissəsidir. 
Bu gün təqdim edilən mənzil və fərdi evlər də daxil olmaqla postmüharibə 
dövründə şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə 4500, 
ümumilikdə ötən dövrdə isə 13300 mənzil və fərdi ev verilib. 
Yeni evlərlə təmin olunan şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan 
şəxslər daima dövlət qayğısı ilə əhatə olunduqlarına, bu gün isə fərdi 
evlərlə təmin edildiklərinə görə Prezident İlham Əliyevə minnətdarlıqlarını 
bildiriblər.

Tarix: 30-12-2022, 21:25
Xəbəri paylaş





Xəbər lenti