Xarab uşaq qidaları satılır - Qida Təhlükəsizliyi Agentliyi hardadır?


Xarab uşaq qidaları satılır - Qida Təhlükəsizliyi Agentliyi hardadır?Apteklərdə vaxtı ötmüş və ya saxta körpə qidalarının satışı ilə bağlı Azad İstehlakçılar Birliyinə vətəndaş tərəfindən müraciət daxil olub. Həmin müraciətdə körpənin anası apteklərdən birindən aldığı məhsulun xarab olmasından, eyniadlı məhsulun yeni partiyalarında ciddi nöqsanlar olmasından şikayət edilir. Vətəndaş müraciətində qeyd edir ki, aldığı məhsulu aptekə qaytaran zaman məhsul ondan qəbul olunayıb və bildirilib ki, hara istəsə, şikayət edə bilər. Problemlə əlaqədar Azad İstehlakçılar Birliyinə şikayət ərizəsi yazan vətəndaş öz müraciətində bildirib ki, onun söylədikləri faktlar yerli KİV-lərdə işıqlandırılsın və Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi başda olmaqla, aidiyyəti qurumlar bu məsələni nəzarətə götürsünlər.Bizimyol.info müraciəti oxuculara təqdim edir:
"Övladım 4 aylıqdır. Körpə dünyaya gələndən həkimlərin məsləhəti ilə körpəmi süni  qida ilə qidalandırmağa  məcbur idim. Son 3 ayda körpə allergiyaya meyilli olduöu üçün süni qida olaraq həkimin məsləhəti ilə “premium Nutrilak”qidası ilə körpəni qidalandırırdım.
17.12.2022 tarixində dəyəri 20 AZN-ə yaxın olan adını qeyd etdiyim süni qidanın Abşeron rayonu, Saray ŞTQ M.Əsədov küçəsi,  ev 1, mənzil 67-də yerləşən “Dokta”aptekdən aldım. Məndə aptekin verdiyi ƏDV qəbzi saxlanılır. Evə gətirib qidanı əvvəllər hazırladığım kimi, məhsulun üzərində yazılmış qaydaya əsasən hazırladıqda, ilk olaraq qidanın qoxusunun əvvəlki qidalara uyğun olmadığını, xoşa gəlməz olduğunu hiss etdim və körpəyə verməmək qərarına gəldim. Qərara gəldim ki, gedib başqa aptekdən yenisini alım və müqayisə edim. Öncə unvanı yuxarıda qeyd  olan “Dolta” aptekinə getdim ki, məsələni aydınlaşdırı vəaldığım məhsulu qaytarım. Vəziyyəti aptek işçisinə  başa saldım vəməhsulun yoxlanılmasını istədim. Daha sonra geri götürülməsini xahiş etdim.Ancaq aptekin əməkdaşı  müdriyyətə zəng etdi və cavabı bu oldu ki, onların apteki  3-cü şəxsdir, onluq bir şey yoxdur və qaytarmayacaqlar. Gedib, hara istəsəm, şikayət edə bilərəm: “bizim öz qanunlarımız var,qaytarmırıq və malı araşdırmırıq da!”
Əlbəttə, şübhələndiyim qidanı körpəyə verə bilməzdim. Getdim ayrı apteklərdə bu məhsuldan axtarmağa və ən nəhayət başqa aptekdən eynilə bu xarab məhsulla eyni buraxılma və yararlılıq müddəti olanını alıb, evə gətirdim. Açıb hazırlamağa başladım və əvvəlki xarab məhsulla  müqayisə etdim.   Müqayisə zamanı məlum oldu ki,  qoxular tam fərqlidir və xarab məhsul hazırlanan zaman həllolma çox gec baş verir: suya düşən zaman qaşıq formasında bütöv qalır, bir çox fərqli cəhətlər hiss olunur.
Qeyd edim ki, bu məhsulların etiketində  6 dildə məlumat olsa da, yalnız  Azərbaycan dilində olan bölmədə  idxalcı şirkət barədə məlumat yoxdur. İnternet vasitəsilə araşdırıb  tapdım ki, bu şirkət Azərbaycanda  “Nutrinet LLC” adlanır.
Düşünürəm ki , mənə satılmış bu məhsul partiyası təhlükəli ola bilər, körpələr zəhərlənə bilər və əvvəl məhsul aldığım aptek mənim hüququmu pozub.
Xahiş edirəm,  istehlakçı hüququmu qoruyasınız, aldığım xarab məhsul aptekə qaytarılsın, ödədiyim pul mənə verilsin, bu məhsul partiyasının araşdırılması məsələsi dövlət orqanları qarşısında qaldırılsın və KİV-lərə məlumat verilsin ki, valideynlər ehtiyatlı olsunlar".
Tarix: 1-01-2023, 11:22
Xəbəri paylaş





Xəbər lenti