Zakir Fərəcovun bərbad günə qoyduğu Sumqayıt: Burda heyvan belə yaşamaz - Şaxta Babadan kömək istədilər (VİDEO)
Sumqayıt şəhər sakini icra başçısından şikayətçidir. "Azərbaycan Reallığı"na şikayət videosu göndərən Sakin bildirir ki, onları icra başçısı Zakir Fərəcov onları yataqxanada qalmağa məcbur edib. Sumqayıt şəhərinin mərkəzi küçəsi sayılan 15-ci məhəllədə yerləşən yataqxanada yaşayan sakin bildirir ki, yaşadıqları yataqxana olduqca baxımsız vəziyyətdədir:
"Bu qəzalı yataqxanaya bizi Sumqayıtın qəddar və zalım icra başçısı Zakir Fərəcov köçürüb. Bizə hər dəfə müxtəlif vədlər verərək aldadırlar. Dəfələrlə söz versələr də bizi burdan köçürmürlər. Gördüyünüz kimi, bu il də biz burda qalası olduq. Belə zülm, belə haqsızlıq olmaz. "
Vətəndaş qeyd edib ki, icra başçısı nə vətəndaşı, nə də prezidenti sayır. Biz bu yataqxanada yaşamaqdan qorxuruq çünki hər an uça bilər. Zakir Fərəcov özü isə bahalı villada yaşayır. Prezident isə onu bizə xidmət etmək üçün ora qoyub amma Zakir Fərəcov bizə xidmət etmək əvəzinə bizə problem yaradır. Zakir Fərəcovun özünün villaları, bağları, bostanları var amma biz kasıbları vecinə almır. "
Vətəndaş bu problemə görə dəfələrlə ölkə prezidentinə müraciət etdiyini bildirib. Son olaraq şaxta babaya müraciət etmək məcburiyyətində qaldığını deyir:
"Şaxta baba, bu dəfə sənə müraciət edirəm. Bizi bu çıxılmaz vəziyyətdən qurtar. İcra başçısı bizə baxmır, bizi əsir. Heç olmasa sən bizim imdadımıza çat. "