Anadangəlmə iflic olan qızın pensiyası kəsilib: - 2-ci qrup 3-cü qrupla əvəzlənib


Anadangəlmə iflic olan qızın pensiyası kəsilib:
Anadangəlmə iflic xəstəliyindən çəkən 16 yaşlı qızın köməyə ehtiyacı var.

Siam.az Qaynarinfo-ya istinadla xəbər verir ki, Vəliyeva Yasəmən Qabil qızı 08.06.2006-cı ildə Bərdə rayonunda anadan olub. Doğuş zamanı qüsur aldığı üçün 16 ildən artıqdır anadangəlmə iflic xəstəliyindən əziyyət çəkir.

2022-ci il oktyabrın ayına kimi 2-ci qrup əlillik pensiyası alıb, lakin oktyabr ayından pensiya kəsilib və 2023-cü ilin yanvarından etibarən 2-ci qrup 3-cü qrupla əvəzlənib.

Xəstəliyi ilə bağlı Uşaq Nevroloji Xəstəxanasında müalicə alıb.

Ailə uşağın əmək qabiliyyəti olmamasına rəğmən, 3-cü qrupa salınmasına görə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət etsə də, oradan problemin nazirlikdə olmadığını, rəyi yazan həkimlərdə olduğunu deyiblər.

Ailənin müraciətinə heç bir instansiya baxmır. Onlar heç olmasa dərəcənin 2-ci qrupa qaytarılmasını istəyir.

Uşağın atası Qabil Vəliyev müraciətində qeyd edir ki, uşağa ödənilən 3-cü qrup əlilliyə görə verilən pensiya uşağın müalicəsinə yetmir. Məsələnin yenidən nazirlik tərəfindən baxılması və daha ciddi yanaşılmasını istədiklərini qeyd edir.

Qeyd edək ki, Vəliyeva Yasəmən anadangəlmə iflic xəstəliyindən əziyyət çəkir və bədənin bir tərəfi tamamilə işləmir. Ailə Ağdam rayonu Güllücə kəndindən məcburi köçkündürlər.

Anadangəlmə iflic olan qızın pensiyası kəsilib:
Anadangəlmə iflic olan qızın pensiyası kəsilib:
Anadangəlmə iflic olan qızın pensiyası kəsilib:

Tarix: 9-01-2023, 21:08
Xəbəri paylaş





Xəbər lenti