Binəqədidə yol zibilliyə çevirilib - FOTO

https://operativmedia.az/storage/posts/2857def0119f319.webp

Binəqədi rayonunda yol zibilliyə çevirilib.
Bu barədə "Operativ Media"ya sakinlər məlumat verib.

Məlumata görə, Binəqədi rayonu, Binəqədi kəndi, Cəfər Cabbarlı küçəsi 38-40 ünvanları yerləşən ərazidə avtomibillərin keçidi üçün nəzərdə tutulmuş yol zibilliyə çevirilib.
Sakinlər buna səbəb kimi yaxın ərazidə zibil qutularının olmadığını bildiriblər.
Mövzu ilə bağlı Bİnəqədi Rayon İcra Hakimiyyətinə müraciət ünvanladıq, onlar bizim müvafiq olaraq Binəqədi qəsəbə bələdiyyəsi ilə əlaqə saxlamalı olduğumuzu bildirdilər. Lakin, Binəqədi qəsəbə bələdiyyəsi ilə əlaqə üçün nəzərdə tutulmuş şəhərdaxili nömrələrə etdiyimiz zənglər cavabsız qaldı.
galery
galery

Operativ Media
Tarix: 12-01-2023, 12:35
Xəbəri paylaş





Xəbər lenti