"Azneft" rəhbərliyinin ÖZBAŞINALIQLARI... - BU DA FAKT!!!
Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatının sədri, tanınmış hüquq-müdafiəçisi Mirvari Qəhrəmanlı bu dəfə "Azneft" rəhbərliyi tərəfindən qanunsuz işdənqovulmalara diqqət yetirib. DİA.AZ bildirir ki, təqdim etdiyi faktların heç də sözügedən qurumda baş verən özbaşınalıqların hamısı olmadığını vurğulayan M.Qəhrəmanlı eyni zamanda qanunsuz qərar verən "Azneft" məmurlarına belə bir ismarıc da ünvanlayıb: "Balaca və yekə "padşahlar"... hansısa bir qəddarlığa əl atanda bilin ki, həyat bumeranqdır, özünüzə qayıdacaq.... İnşAllah...."
DİA.AZ bildirir ki, daha sonra hüquq-müdafiəçisi faktları təqdim edir: "- Ötən il Qaz İxrac idarəsinin Astara mağıstral neft kəmərləri idarəsinin işçisi Nuru onkoloji xəstə Vüqar Abbasovun evinə gəlib ona məcburi işdənçıxma ərizəsi yazdırdı. Xəstə iki həftə sonra dünyasını dəyişdi... - 28 May adına NQÇİ rəisi Zaur Bağırov işçisi Həsənov Həsənin xəstəlik vərəqəsini qəbul etməyib onu "proqul" ilə həm işdən azad etdi, həm də ki ,yaşadığı Çilov adasından "deport" etdi... -Azneft İB 1 sayli ixtisaslasdirmish neft-meden xususi texnika idaresinin rəisi Coşqun Mayılov bir il xəstəlikdən sonra 3-cü qrup əlillik almış işçisi Manafov Ramizin xəstəlik vərəqəsini qəbul etməyib, xüsusi araşdırma aparıb,sovet vaxtlarındakı kimi xəstə vaxtı evdə olub olmamasını yoxlayıb aktlar tərtib edərək onu Əmək Məcəlləsinin 70 ç bəndinə əsasən işdən azad edib..."
Məsələ ilə bağlı Siam.az olaraq bütün maraqlı tərəflərin mövqelərini işıqlandırmağa hazırıq...