Sumqayıtda parklanma yerini zəbt ediblər, dinən yoxdur


Sumqayıt gündən-günə böyüyür və təbii ki, əhalisinin sayı da artır. Bu isə həm də ticarət, iaşə və digər xidmət obyektlərinin sayının artması deməkdir. 
Hazırda 300 mindən çox əhalinin yaşadığı şəhərdə, əgər belə getsə, bir neçə ildən sonra barmaq basmağa yer olmayacaq. Götürək Babək küçəsini. Bu küçədə 10-a yaxın ticarət mərkəzi və şadlıq evi fəaliyyət göstərir. Şadlıq evlərinin qarşısı xüsusən axşam saatlarında keçilməz olur. Ticarət mərkəzlərinin qarşısındakı səkilər isə zəbt olunub. "Xəlifə" şadlıq sarayı həm də ticarət mərkəzi kimi fəaliyyət göstərir. Sarayın qarşısında maşın və piyadalar üçün ərazi ayrılıb. Lakin həmin ərazinin böyük hissəsinə xüsusi yaşıl örtük və dekorativ ağaclar qoyulub. Yaz-yay aylarında bura çayxana olur. Əraziyə alış-verişə gələnlərsə maşınlarını saxlamağa yer tapmırlar. Tapılmayan həm də bu özbaşınalığın qarşısını almalı olanlardır. 
Elçin MƏMMƏDOV,
Sumqayıt şəhəri

Tarix: 26-01-2023, 17:03
Xəbəri paylaş





Xəbər lenti