Həyatda hər kəsi təəccübləndirən çox hadisələrin şahidi olmuşuq. Amma bu gün eşitdiyimiz və canlı şahidi olduğumuz bir qanqaraldıcı hadisədən sarsıldıq. Təsəvvür edin, tabeliyində 4500-5000 işçisi olan Azneft-in Nəqliyyat İdarəsinin rəisi Ələddin Məmmədov vur-tut 380 manat əmək haqqı verilərək 4 ildir öz ştatından kənar daha 4 vəzifə üzrə əmək funksiyalarını icra etməyə məhkum edilmiş, atasız, himayəsində xəstə azyaşlı uşağı olan orta texniki təhsilli gənc ananı 1500 işçinin gözü qarşısında idarənin həyətindəki bağdakı çayırı yoldurmağa məcbur edib.
Həmin qadın Nazilə İbadova deyir ki, balamı ac və özümü işsiz qoymamaq üçün bu gün səhər əvvəlcə buna razı oldum. Amma nahar vaxtı elə bir parça yavan çörəyimi yemək istəyərkən Ələddin Məmmədovun tabeliyində olan 2 saylı sahənin rəisinin xəbərçiliyi nəticəsində Ələddin Məmmədovun katibəsi mənə zəng etdi ki, sən bütün vaxtı sahədə olmalısan, yəni çöldə, alaq yolmaqda... Gənc qadın bu təhqirə dözmədən sözünü deyir, idarəni tərk edir...
DİA.AZ bildirir ki, dünən yaydığımız bu informasiya ictimaiyyət arasında geniş rezonansla qarşılanıb. Eyni zamanda Azneft-in Nəqliyyat İdarəsinin çalışanlar da öz digər problemlərini ifadə etməyə başlayıblar.
Bununla bağlı DİA.AZ-a yazılan şikayətin birində deyilir: "Nəqliyat haqqında da yazın... Azneft-in Nəqliyyat İdarəsində işləyən biz sürücülər dərd çəkirik...
Bizim maşınlarımız üçün ayrılan və ehtiyyat hissələrinin alınması üçün nəzərdə tutulan pullar rəhbərlik tərəfindən mənimsənilir...
Pulu yeyirlər, əvəzində ehtiyat hissələrini də bizə aldırırlar..."
Məsələ ilə bağlı Siam.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq...