Sumqayıt küçələrinin "dərdi hələ də çarəsiz qalıb".
Sumqayıt şəhərində "Abşeron bağları" deyilən yaşayış massivində yaşayan sakinlər tərəfindən "DogruXeber.az"a daha bir videomüraciət göndərilib.
Görüntüləri lentə alan şəxs yazır:
"Kimə deyək şikayətimizi? Sumqayıtın Xəzər bağlarında neçə illərdir yol problemi, işıqlandırma və zibillik problemi öz həllini tapmır. Sakinlər öz hesablarına yğışıb küçəyə 1 kamaz qrabil tökdülər, amma qrabil biraz keçenden sonra qarışdı torpağa yox oldu . Gecə vaxtı isə küçəyə çıxmaq mümkün deyil hər tərəf zülmət qaranlıqdır".