Kamera vasitəsilə də cərimə yazılacaq


İnzibati Xətalar Məcəlləsinə bu gün edilən və sabahdan qüvvəyə minən dəyişikliyə əsasən, dayanma və durma qaydalarını pozmağa görə (İXM-in 346-cı maddəsi üzrə) kameralar vasitəsilə (elektron qərarla) də cərimə yazmaq olacaq.
 
Pravda.az xəbər verir ki, bunu nəqliyyat üzrə ekspert, hüquqşünas Ərşad Hüseynov deyib.
 
Onun sözlərinə görə, cərimə yazmaq səlahiyyəti yalnız DYP-yə aiddir.
 
O, edilən dəyişikliyə əsasən, dayanma və durma qaydalarını pozmaya görə (İXM-in 346-cı maddəsi üzrə) BNA-nın cərimə yazmaq səlahiyyətinin ləğv edildiyini bildirib. Lakin parklanma qaydalarını pozmaya görə (İXM-in 346-1-ci maddəsi üzrə) BNA-nın cərimə yazmaq səlahiyyəti qalır.
Tarix: 2-02-2023, 09:33
Xəbəri paylaş





Xəbər lenti