Bakının mərkəzindəı qədim binanın özülü qazılıb obyekt düzəldilir, balkonlar və 3-cü mərtəbə əlavə edilir - Bakı Şəhərsalma İdarəsi niyə görməzdən gəlir?


Bakının mərkəzindəı qədim binanın özülü qazılıb obyekt düzəldilir, balkonlar və 3-cü mərtəbə əlavə edilir -
Teref.az yazır ki, sosial şəbəkədə Bakı şəhərinin mərkəzində Təbriz Xəlilbəyli küçəsi 11-də qədim 2 mərtəbəli binanın üstünə daha bir mərtəbə əlavə edilib. Bu azmış kimi altı qazılaraq orda podavalı düzəldib və fasad hissəsinə balkonlar əlavə edilib. Belə yaramazcasına binaların konstruksiyasına müdaxilələrin sonu faciələrlə bitir. Bunu qardaş Türkiyədə baş verən zəlzələnin nəticələri bizə göstərdi.
Bununla bağlı poçtumuza yazan vətəndaş bizi məlumatlandıraraq yazır:
""Bir-biri ile öpüşen balkonlar" Tebriz Xelilbeyli 11-küçede Qanunsuz olaraq Qedim bir ve iki mertebeli evlerin altı,padval derinliyinde qazılaraq , gece yarı gözden üzaq-könülden iraq ordan çıxan yeke qaya daşlar ve torpaqları firmenli böyük Kamazlara yükleyib daşıdılar .Evlerin alt tebeqesinde boşluq yarandı.Emin özünün yaşadığı birmertebeli evinin üstünde qanunsuz ikinci mertebeni de tikdi.Sağ ve sol balkonları ireli çekerek genişledib ve uzatdı."
Daha sonra vətəndaş yazdıqlarını şərh edərək sual verir:
"Şeherin merkezi küçesinde qeyri-qanuni eyvan artırma ve padvalların içerisi qazılaraq obyekt inşaası az imiş kimi piyadaların yolu da zebt olunaraq qızıl temiri ve parça dükanı olaraq fealiyyetdedir.
Göresen Bakı Şeher Salma İdaresi niye görmezden gelir?"
Teref.az olaraq məqalədə qaldırılan iddialarla bağlı qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq!
Qaldırılmış iddialarla bağlı əlavə məlumatımız olacaq bizi izləyin!




Teref.az
Tarix: 13-02-2023, 11:20
Xəbəri paylaş





Xəbər lenti