İqtisadçı Rövşən Ağayev: “Xırdalan zibilliklərin simvolu olan şəhərdir…”


İqtisadçı Rövşən Ağayev Xırdalan şəhərində yaşadığı ərazidə məişət tullantılarının vaxtında götürülmədiyini bildirir.
Yeniavaz.com 
xəbər verir ki, o, öz sosial şəbəkə hesabında yığılıb qalmış məişət tullantılarının kadrlarını da yayıb.
“Xırdalan yalnız dar yolların, küçəsizliyin yox, zibilliklərin də simvolu olan şəhərdir.
Videosunu yerləşdirdiyim, zibilin aşıb-daşdığı küçə Xırdalanda yaşadığım ərazidir. Hər həftə bir neçə dəfə belə vəziyyətlə üzləşmək olar. Həm də körpələrin yanından ötüb məktəbə getdiyi, intensiv hərəkət olan bir küçədir.
Bu mənzərə JEK-lərin, onların patronları olan icrakomların nə qədərə lazımsız strukturlar olduğunu göstərir. Yeri gəlmişkən, deyim ki, JEK-lər tullantılara görə illik haqları əvvəlcədən (yanvar ayında), özü də nağd qaydada toplayırlar. Amma aldıqlarının müqabilində vətəndaşa göstərdikləri xidmət budur. Bu həm də gündəlik həyatımızın, bizə verilən dəyərin rəsmidir. Yəni zibildir deyib ötüb keçməyin”, - iqtisadçı bildirib.
Tarix: 19-12-2023, 11:23
Xəbəri paylaş





Xəbər lenti