Həbsdə olan məmur və milyonçu balalarının siyahısı - eksklüziv

Həbsdə olan məmur və milyonçu balalarının siyahısı - eksklüziv Azərbaycanda həbs həyatı görmüş, indi də dustaq olan məmur və milyonçu uşaqlarının sayı artır. Palitika.Az oxucular üçün maraqlı olar deyə onların siyahısını tərtib edib

Hazırda Baş nazirin müavini Əli Həsənovun nəvəsi Nail Allahverdiyev avtoqəzada iki nəfəri öldürdüyü üçün məhkumluq həyatı yaşayır.


Eləcə də “Nurgun Motors” şirkətinin rəhbəri Nuru Əliyevin oğlu Nurxan yol polis əməkdaşını yumruqladığına görə həbs edilib.

N.Allahverdiyevlə birgə “Maqa” ləqəbli Mirməhəmməd İsmayılov inzibati qaydada məsuliyyətə cəlb olunmuşdu və 30 sutka həbs cəzası verilmişdi.

İki uşaq anasını avtoqəzada öldürən iş adamı Füzuli Fərəcovun azyaşlı oğlu Ağəli Fərəcov məntəqə tipli cəzaçəkmə müəssisəsindədir.
General Novruzəli Orucovun avtobus şoferini döyən oğlu Rüstəm Orucov həbs edilib.

Həmçinin, Nəsimi rayon icra hakimi Asif Əsgərovun oğlu İlham Əsgərli “Mcdonalds” şirkətinin rəhbəri Maqsud Mirzəyevin oğlu Sənan Mirzəyevi qəzada həyatına son qoyduğu üçün həbs həyatı yaşayıb və səhhəti ilə əlaqədar şərti azadlığa buraxılıb.

Tarzən Ağasəlim Abdullayevin ailə faciəsinə səbəb olmuş Xalid Mübariz oğlu Mədətov da həbsdən yenicə azad olunub. O, “Xəzər Dəniz Gəmiçilik” QSC-də rəis müavininin oğlu idi.

Bakının Tbilisi prospektində "Azpetrol" yanacaqdoldurma məntəqəsindəki davaya görə həbs edilmiş və sonra azadlığa buraxılmış İsa Əzizov deputat Adil Əliyevin qohumu idi.

Habelə, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Astara rayon şöbəsinin rəisi vəzifəsini daşıyan Kənan İsgəndərov həbs olunub.
O, sabiq təhsil nazirinin müavini İsgəndər İsgəndərovun oğlu, məşhur eks-deputat Nizami İsgəndərovun qardaşı oğludur.

Bakı Şəhər Baş Polis İdarəsinin (BŞPİ) rəis müavini, general-mayor Həsən Şirinovun bacısı oğlu Cahangir Əliyev məhkəmə qərarını icra etmədiyinə görə barəsində 20 günlük həbs qərarı verilib.

O, sahibkarlıqla məşğul olan vətəndaşın 170 min manatını ələ keçirib qaytarmadığına görə sonuncunun şikayəti əsasında polis orqanlarından uzaqlaşdırılıb.

Maraqlıdır ki, hazırda İcra Şöbələrində general Həsən Şirinovun daha bir neçə yaxınının – digər bacısı oğlu Ələmşah Cəfərovun, qardaşı Aslan Şirinovun və başqa yaxınlarının icra etmədikləri bir neçə məhkəmə qətnamələri var.

Palitika.Az xəbər verir ki, cinayət törədib məhkumluq həyatı yaşamayan məmur balaları da var.

Onlardan biri Nərimanov icra başçısı müavini Şahmar İbadovun oğlu Elmirin ölümlə nəticələnən avtoqəza törətməsi faktıdır.

Habelə, Tərtərin icra başçısının müavini olmuş Vidadi Bəylərovun oğlu Elxan Bəylərli, “Dövlətqaçqınkom”un Ağdam şöbəsinin müdiri Qabil İbadov qəza törədiblər.

Sabirabad rayon İcra Hakimiyyətinin başçısı Nazim İsmayılovun kiçik oğlu, Şirvan Meşə-Meliorasiya İdarəsində İlyas Səfərovun oğlu ağır qəza törətsələr də, həbsdən yayınıblar.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin nəzdindəki Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun sabiq direktoru, keçmiş deputat Ayaz Orucov vəzifədə ikən oğlu İsmayıl Orucov odlu silahdan istifadə etməklə Binəqədi rayonunda cinayət törətmişdi. Amma tutulmadı.

Hökumətin iclaslarından birində dövlət başçısı xəbərdarlıq etmişdi ki, məmur övladları qudurğanlıq etdikdə özləri cəza almaqla yanaşı ataları da işdən çıxarılacaq. Bu, reallıqda da belə oldu.

Məmurlar, onların həyat və davranışları, övladları hər zaman insanların diqqət mərkəzində olur.

Bu, məntiqlidir, çünki məmurlar vətəndaşların verdiyi vergilərdən, ümumilikdə ölkənin sərvət və gəlirlərindən formalaşan dövlət büdcəsi hesabına yaşayırlar. Onların ictimai nəzarətin obyekti olmaları məhz bu səbəbdən doğrudur.

O məmurlar öz vəzifələrinin öhdəsindən layiqincə gəlməyəndə, korrupsiyalaşanda, ona idarə etmək üçün etibar edilmiş vəsaitləri talayanda, mənimsəyəndə, vəzifəsi olan işi görmək müqabilində rüşvət alanda və səlahiyyətlərindən sui-istifadə edəndə etirazla qarşılanırlar.

Onların ailələri, övladları həmin oğurlanmış, vəzifədən sui-istifadə yolu ilə qazanılmış vəsaitlər hesabına qudurğanlıq edəndə isə, cəmiyyət o məmurlara qarşı etiraz edir.
Tarix: 8-11-2017, 06:31
Xəbəri paylaş





Xəbər lenti