İranda SKANDAL: SEPAH Pezeşkiandan İsrailə hücumu gizlədib? – Təhlil

İranda SKANDAL: SEPAH Pezeşkiandan İsrailə hücumu gizlədib?  – Təhlil

İran Prezidenti Məsud Pezeşkiana İsrailə hücumla bağlı əvvəlcədən məlumat verilməyib.
Bu barədə “The New York Times” qəzetinin müşahidəçisi Tomas Fridman iddia edib.
Onun məlumatına görə, raket hücumu İran Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələri tərəfindən deyil, İslam İnqilabı Keşikçiləri Korpusunun Hərbi Hava Qüvvələri (İİKK, İran Silahlı Qüvvələrinin elit bölmələri) tərəfindən təşkil edilib.
Eyni zamanda, mənbələr iddia edirlər ki, Pezeşkiana “hücum başlamazdan əvvəl məlumat verilməyib”. Müşahidəçinin fikrincə, bu, İran rəhbərliyinin əməliyyatla bağlı fikir ayrılıqlarını göstərə bilər.
Bundan əvvəl Pezeşkian İsrailə raket hücumunu milli maraqların yəhudi dövlətinin təcavüzkar hərəkətlərindən müdafiəsi adlandırıb. İsrail Baş Qərargahı “vaxt seçəcək” və hücuma cavab verməklə təəccübləndirəcəklərini vəd edib, İranın ali lideri Ayətullah Əli Xamenei isə ivrit dilində İsrailə zərbələrin daha da geniş miqyaslı olacağı barədə xəbərdarlıq edib.
Tribunainfo.az xəbər verir ki, politoloq Elxan Şahinoğlu iddiaları bölüşmür. Analitik bildirib ki, qəzetin iddiasına görə, ali dini lider Əli Xamaneyinin əmrini yerinə yetirən İslam İnqilabı Keşikçiləri Korpusunun komandanlığı İsrailə raket hücumuna başlamazdan əvvəl İran prezidenti Məsud Pezeşkiana məlumat verməyib.

Onun sözlərinə görə, ABŞ nəşri bunu əməliyyatla bağlı İran rəhbərliyində mümkün parçalanma ilə izah edib. ” “The New York Times” iddiasının nə dərəcədə həqiqətə uyğun olduğunu söyləmək çətindir. “Bu İrana qarşı informasiya müharibəsinin tərkib hissəsi ola bilər. Fikrimcə, İsrailə hücum barədə Prezident Məsud Pezeşkiana məlumat verilib, sadəcə hücum qərarıyla bağlı onun rəyi öyrənilməyib, o fakt qarşısında qoyulub. Zərbə endirildikdən sonra isə Məsud Pezeşkian hücumu dəstəkləyən fikirlər paylaşmaq məcburiyyətində qalıb. Ancaq Pezeşkian İsrailin cavab zərbələrinin İrana hansı zərər vuracağını da anlamamış deyil. Pezeşkian seçiləndə beynəlxalq aləmlə münasibətləri nizamlayacağını, iqtisadi vəziyyəti düzəldəcəyini vəd etmişdi. İsraillə müharibə bu planların üstündən xətt çəkəcək”,_ deyə politoloq bildirib.
Tarix: Bu gün, 16:30
Xəbəri paylaş





Xəbər lenti