Deputat: "Vətəndaş yazıq günə qaldı"

Deputat: "Vətəndaş yazıq günə qaldı" «Mən «Vəkillər və vəkillik fəaliyyəti haqqında» Qanuna dəyişiklikləri əsassız saymışam və indi də həmin fikirdəyəm. Parlamentdə də bunun əleyhinə səs vermişəm».

Bunu deputat Fazil Mustafa söyləyib. Onun fikrincə, bu addım vətəndaşın məhkəmə çəkişmələrində hüququnun zəiflədilməsi deməkdir:

«Kasıb təbəqə 20-30 manat həcmində müqavilə bağlamaqla məhkəmə proseslərində nümayəndə vasitəsilə hüquqlarını qoruya bilirdi. İndi ondan da məhrum oldu».

F.Mustafa bu dəyişiklikləri olduqca təhlükəli addım kimi dəyərləndirir. Onun fikrincə, əgər bu sahədə müəyyən problemlər var idisə, bunu qanunvericilik yolu tənzimləmək mümkün idi. Amma nümayəndəlik institutunu məhdudlaşdırmaq düzgün deyil:

«İndi isə Vəkillər Kollegiyasının 800-900 vəkili ilə vətəndaşların məhkəmələrdə hüquqlarını müdafiə etmək sadəcə mümkün deyil. Buna 5 min nəfərə yaxın vəkil lazımdır və arada vətəndaş müdafiəsi baxımından yazıq günə qaldı».

Cebhe.info
Tarix: 8-11-2017, 15:16
Xəbəri paylaş





Xəbər lenti