ŞƏHİD ANASI və Formal məhkəmə iclasları

ŞƏHİD ANASI və  Formal məhkəmə iclasları
Gəncə inzibati -iqtisadi məhkəməsində hakim Svetlana İsmayılovanın sədrliyilə şəhid anası Əsli Muradovanın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bərdə rayon şöbəsinə qarşı qaldırdığı iddia üzrə növbəti məhkəmə iclası 31 oktyabr 2017-ci il tarixində baş tutub.
Qaldırılan iddiaya əsasən DSMF-nin Bərdə rayon şöbəsində Əsli Muradovanın şəhid ailəsi statusu olduğu halda, heç bir hüquqi sənəd olmadan, şəhid ailəsi statusu ləğv edilmədən ona təyin edilmiş şəhid təqaüdü qanunsuz olaraq dayandırılıb.DSMF-nin Bərdə rayon şöbəsinin qanunsuz əməlinin qarşısının alınması üçün məhkəmədən qanunun hökmünü göstərməklə adı çəkilən dövlət orqanının qanuna əməl etməyə məcbur eləmək üçün məhkəmədən ədalətli qərar çıxarılması xahiş edilib.
May ayından bu yana keçən məhkəmə proseslərində şəhid anasının qaldırdığı iddia üzrə ədalətli qərar hələdə qəbul edilməyib. Səbəblərdən biri də Əsli Muradovaya verilən şəhid ailəsi vəsiqəsinin taleyini müəyyənləşdirən sənədlərin yoxa çıxmasıdır.Əsli Muradovanın məhkəmədəki qanuni nümayəndəsi Xaqani Məmməd şəhid ailəsi vəsiqəsinin Bərdə Rayon İcra Hakimiyyətinin Başçısının sərəncamıyla verildiyini deyir. Söhbət də həmin sərəncamın üzə çıxarılmasından gedir. Şəhid ailəsindən Bərdə RİH-nə müraciət edən ailə üzvünə Bərdə Rayon İcra Hakimiyyəti tərəfindən Muradova Əsli Həmid qızına verilən 174 saylı şəhid ailəsi vəsiqəsinin kötüyündə hər hansı sənədin olmadığı bildirilib. Hətta şəhid ailələri ilə bağlı məsələlərlə bağlı İcra Hakimiyyətinin yox, Etibar xanımın Qarabağ müharibəsi əlilləri, veteranları və şəhid ailələri cəmiyyətinə məşğul olduğu bildirilib. İcra Hakimiyyətinin hüquq şöbəsinin müdiri Mürsəl müəllimin mövqeyi heyrət doğurmaya bilməz. Ona məsləhət bildiyi təşkilatın dövlət orqanı deyil, qeyri-hökumət təşkilatı olduğu bildirilib.Bundan sonra Mürsəl müəllim özündən əvvəlkilərdən ona heç nə qalmadığını və heç nə görmədiyini deyib. Nə Yevlax arxiv idarəsindən nə də Bərdə RİH-dən vəsiqənin verilməsinə dair ilkin sənədlərin taleyinə aydınlıq gətirilməyib.Bir vaxtlar Bərdə - Tərtər arasında taksovatlıq eliyən hazırkı Bərdə rayon İcra Hakimiyyətinin ümumi şöbə müdiri İsgəndər İsmayılov sənədin tapılıb ortaya çıxarılması əvəzinə qanunlardan danışıb.Şəhid ailəsinə 5-ildən sonra icra hakimiyyətində sənəd saxlanılmadığını, Yevlax arxiv idarəsinə təhvil verildiyini, ora müraciət etməyi məsləhət bilib. Yevlax Arxiv İdarəsinin müdiri Sara xanım İsayeva isə onlarda bu barədə sənədin olmadığını bildirib. Vətəndaş lazım olan sənədləri əldə edə bilmədiyinə görə məhkəmə tərəfindən Bərdə rayon İcra Hakimiyyətinə sorğu verilməsi və sənədlərin məhkəməyə təqdim edilməsi barədə vəsatət qaldırılıb. Təmin edilən vəsatətdən sonra da Bərdə rayon İcra Hakimiyyəti məhkəməyə yox cavabı verib. Məhkəmə qarşısında Bərdə rayon İcra hakimiyyətinin 1996-cı il üzrə qeydiyyat kitablarının məhkəməyə gətirilməsi barədə yeni vəsatət qaldırılıb. Çox gümanki Bərdə rayon İcra hakimiyyəti məhkəmənin bu tələbini də qulaqardına vuracaq,prosesin vətəndaşın xeyrinə ədalətli qərarla yekunlaşmasına mane olmağa çalışacaqdır.
Görünən budur ki, İcra Hakimiyyəti indiyə qədər heç bir halda xoş niyyət nümayiş etdirməyib. Son bir neçə ildə şəhid anası Əsli Muradovaya qarşı yönələn qanunsuz, ədalətsiz, əxlaq normalarından tamam uzaq hərəkətlərə görə bir dəfədə olsun münasibət bildirilməyib.
Məhkəmənin bu dəfəki iclasında DSMF-nin Bərdə rayon şöbəsinin müdafiəsinə həmişəkindən fərqli olaraq Səriyyə xanımla yanaşı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təmsilçisi Nahid bəy də qoşulmuşdu. Göründüyü kim adı çəkilən qurum şəhid anası Əsli Muradovanın iddiası üzrə qaldırılan qanunsuz əməlin aradan qaldırılması istiqamətində bir addım da olsun geri çəkilmək fikrində deyil. Oğurlanan 11350 manat pulun geri qaytarılması istiqamətində heç bir iş görmədiyi halda şəhid anasının pozulan hüququnun bərpasına müqavimət göstərməkdə israrlıdır.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəsmisinin prosesə qatılmağı, özüdə Bakıdan Gəncəyə qədər olan o boyda yolu basa-basa gəlməyi müqabilində DSMF-nin Bərdə rayon şöbəsinin Əsli Muradovaya qarşı qoyduğu vetonu, atdığı addımı hüquq elmi ilə bağlılığını ortaya qoymalı idi. Raquf Məmtiyevlə Səriyyə xanımın quyuya atdığı daşın ən azından ordan necə çıxarılacağının yolunu göstərməliydi. Şəhid ailəsi statusu ola- ola Əsli Muradovaya prezidentin verdiyi şəhid təqaüdünün dayandırılmasının hüququ əsaslarını izah etməli və həmin hüquqi əsasları ortaya qoymalıydı. Hansı sərəncamla , kimin əmriylə dayandırıldığı barədə sübutlar təqdim etməliydi. Hakim Svetlana İsmayılovanın nazirlikdə bu barədə araşdırılma olubmu?- sualını Nahid bəy təsdiqləmədi. Araşdırma aparılmadığını bildirdi. Nahid bəyin məhkəmədəki iştirakının təsviri " Şəhid adının əbədiləşdirilməsi haqqında" qanun barədə , Respublika Prokurorluğu yanında Korrupsiyaya qarşı mübarizə İdarəsindən pulun mənimsənilməsiylə bağlı onlardan həmin dövrdə ƏSMM-nin Bərdə rayon şöbəsinin müdiri və komissiya üzvlərinin şəxsi işlərinin nazirlikdən istintaqa təqdim edildiyi barədə məlumat verməkdən ibarət oldu. Məhkəmə üçün əhəmiyyətli sübut təqdim etmək və Bərdə DSMF-ni Səriyyə xanımdan artıq müdafiə etməyəcəyidisə belə iştiraka ehtiyyac var idimi? Belə isə nazirlik rəsmisinin məhkəməyə gəlmək həvəsi nə ilə bağlıdı? Şəhid adının əbədilişdirilməsi haqqında qanunu ya bu barədə nazirlər kabinetinin qərarını məhkəmədə oxumaq istəyimi? Azərbaycan Respublikasını Əsli Muradova təhlükəsindən müdafiə eləmək istəymi?.
Məhkəməyə sədrlik edən hakim Svetlana İsmayılovanın ikibaşlı mövqeyi ədalətin müdafiəsində son qərarın veriləcəyini açığı şübhə altına salıb. Xanım hakim həm Əsli Muradovanın fakt olaraq ortada olan " Şəhid ailəsinin vəsiqəsinin" mətbəədə şəhid anasının hazırlamadığını, dövlət orqanı tərəfindən təqdim edildiyini ,vətəndaşın burda nə günahı-deyir,həmdə bu araşdırmalara bu qədər çox vaxt ayırırıq ki, sonra deməsinlər, şəhid ailəsinin işinə başdangetdi yanaşdılar.Yəni baxmağına baxırıq, sonunda qərarı DSMF Bərdə rayon şöbəsinin xeyrinə çıxaracağıq. Yəqin ƏƏSMN-nin nümayəndəsinin məhkəməyə gəlməyinin səbəbidə elə məhz budur. Məhkəməyə təzyiq eləmək, sifarişli qərarın çıxarılmasına nail olmaq.
Oxuculara bildiririk ki, Ə. Muradovanın oğlu Mübariz Muradov 1995- ci ilin 27 dekabrında ön cəbhədə- Murovdağ bölgəsində həlak olub. Hərbi hissənin verdiyi arayışda Muradov Mübariz Heydər oğlunun Azərbaycan Respublikasının Müdafiəsində Murovdağ bölgəsində xidməti borcunu yerinə yetirərkən həlak olub-deyə şəhidin ailəsinə məlumat verilib. Bərdə RİH, Bərdə rayon ƏSMM-i şəhid adı və şəhid ailəsi statusunu rəsmən təsdiq ediblər. 2008-ci ildən isə Bərdə ƏSMM-i statusu təsdiq etməkdən ötrü yenidən düşünməli olublar. Hərbi komissarlıqdan şəhidliyi təsdiq edən arayış tələb ediblər. Bunu ala bilməyən ana şəhid təqaüdünün dayandırıldığını düşünüb. 2014- cü ildə isə yenidən ona Bərdə ƏSMM-dən məktub gəlib ki, oğlunun şəhid olması barədə arayış təqdim elə. Və məlum olub ki, 2008-ci ildən sonra həmin vəsait, şəhid təqaüdü Ə. Muradovanın adından alınıb. ƏƏSMN-nin "Kapitalbank" bankomatlarından götürülən təsvirlər əsasında şəhid təqaüdünün Ə. Muradovanın deyil başqalarının götürdüyünü müəyyən etsə də, sonda Bərdə ƏSMM-nin müdiri Raqub Məmtiyev məsələnin məhkəmədə araşdırılmasına qərar verib. Alınan pulların geri qaytarılmasıyla bağlı şəhid anası Əsli Muradovaya qarşı Bərdə məhkəməsinə iddia ərizəsiylə müraciət edib.11 noyabr 2016-cı il tarixində Ə.Sarıyevin sədrliyi ilə keçən məhkəmə iclasında Ə. Muradovanın həqiqətəndə deyilən pulları almadığı müəyyən edildiyindən Bərdə ƏSMM-nin iddiası təmin edilməyib. İş üzrə dövlət vəsaitinin mənimsənilməsi faktı müəyyən edildiyindən məsələylə bağlı Respublika Prokurorluğu yanında Korrupsiyaya qarşı mübarizə idarəsində araşdırmaların aparılması qərara alınıb.Korrupsiya idarəsində isə məsələnin araşdırılması barədə indiyənə qədər də hər hansı tədbir görülməyib.
Maraqlı olan həmdə odur ki, ƏƏSMN yanında DSMF ondan oğurlanan pulun geri qaytarılması istiqamətində hərəkət eləmir.
Məsələylə bağlı növbəti məhkəmə iclası noyabrın 14-ə təyin edilib.
ŞƏHİD ANASI və  Formal məhkəmə iclasları
ŞƏHİD ANASI və  Formal məhkəmə iclasları
Tarix: 14-11-2017, 09:42
Xəbəri paylaş





Xəbər lenti