Telman İsmayılov Fransada bu villaya sığındı - Foto

Telman İsmayılov Fransada  bu villaya sığındı - Foto İki nəfərin qətlində şübhəli bilinən və haqqında qiyabi həbs qərarı çıxarılaraq beynəlxalq axtarışa verilən azərbaycanlı iş adamı Telman İsmayılovun Fransaya sığındığı bildirilir.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Rosbalt” hüquq-mühafizə orqanlarındakı mənbəsinə istinadən məlumat yayıb.

Məlumata görə, Telman və qardaşı Vaqif İsmayılov Türkiyəni tərk edərək bu ölkəyə köçüb. Onlar qonşu ölkəni tərk edənə qədər Mardan Palace yaxınlığındakı iqamətgahlarında yaşayıblar.

Mənbənin sözlərinə görə, İsmayılov qardaşları Türkiyənin onları Rusiyaya təhvil verəcəyindən ehtiyat ediblər.

Lent.az-ın məlumatına görə isə Türkiyədən qaçan Telman və Rafiq İsmayılov qardaşları hazırda Fransanın Nitsa şəhəri yaxınlığındakı Antiba qəsəbəsində məskunlaşıblar.

Antibada Telman İsmayılova məxsus böyük bir villa var. Məlumata görə, İsmayılovun qaldığı villanın dəyəri 25 milyon avrodan çoxdur. .
Telman İsmayılov Fransada  bu villaya sığındı - Foto
Amma İsmayılovun villası Almaniyanın “Deuche bank”nın girovluğundadır.
Tarix: 14-11-2017, 14:41
Xəbəri paylaş





Xəbər lenti