Diaspora sədri Qulinin şərəfinə iki gün ziyafət verdi

Diaspora sədri Qulinin şərəfinə iki gün ziyafət verdi "Lotu Quli"nin vaxtından əvvəl həbsdən azad edilməsi Rusiyanın Yekaterinburq şəhərində böyük coşğuyla qarşılanıb. Anaxəbərə daxil olan məlumata görə, hələ həbsdəykən Ural regionunu meyvə-tərəvəzlə təmin edən 4 saylı bazaya əl qoyan "Qulu" ora yeni “smotryayuşi” də təyin edib. Bu, 47 yaşlı Rəhman Abdullayevdir.
Məlumata grə, "Quli" həbsdən çıxan gün Yekaterinburqdakı restoranların birində Rəhman Abdullayev tərəfindən böyük bir ziyafət də verilib. Ziyafətdə Abdullayev bəyan edib ki, "Quli" ən qısa zamanda Yekaterinburqa gələcək.
Ziyafət daha sonra şəhərdəki Şartaş gölü yaxınlığında yerləşən “Kaspi” restoranında davam etdirilib. Restoranın Akif adlı sahibi yerli diasporanın sədri Şahin Şxılinskiylə bərabər bu restoranda iki gün ziyafət təşkil ediblər.
Yekaterinburqdakı mənbənin dediyinə görə, ziyafətə Azərbaycandan iki sənətçi də dəvət edilibmiş.
Tarix: 14-11-2017, 20:54
Xəbəri paylaş





Xəbər lenti