Sabunçunun icra başçısı Adil Vəliyevdən qeyri-adi qərar - VƏTƏNDAŞIN EVİNİN GİRİŞ QAPISINI BAĞLADI (FOTO)

Sabunçunun icra başçısı Adil Vəliyevdən qeyri-adi qərar - VƏTƏNDAŞIN EVİNİN GİRİŞ QAPISINI BAĞLADI (FOTO) Sabunçu rayonu Əli Kərim küçəsində qəribə hadisə baş verib

Bu küçədə yaşayış binalarına İcra Hakimiyyəti tərəfindən üzlük daşları vurulub.

Ustalar burada yaşayan bir sakinin evinin girişini yarıya kimi bağlayıblar.

Ev sahibi İcra nümayəndələrindən niyə belə addım atdıqlarını soruşanda isə aldığı cavabdan şoka düşüb.

Sabunçu rayon İcra Hakimiyyətinin nümayəndələri həmin sakinə binanın giriş mənzərəsinin pozulduğunu və ona görə də qapını bağladıqlarını deyiblər.

Ona məsləhət görülüb ki, arxa tərəfdən qapı açsın, buranı isə pəncərə kimi istifadə etsin. (oxu.az)

Siam.az

Sabunçunun icra başçısı Adil Vəliyevdən qeyri-adi qərar - VƏTƏNDAŞIN EVİNİN GİRİŞ QAPISINI BAĞLADI (FOTO)
Tarix: 17-11-2017, 14:11
Xəbəri paylaş





Xəbər lenti