Mirismayıl Xələfli yazır: Bloka düşən mətbuat və bundan çıxış yolu

Mirismayıl Xələfli yazır: Bloka düşən mətbuat və bundan çıxış yolu Siam.az “Xəbəral.az”a istinadən xəbər verir ki, Son günlərdə Mətbuat Şurası ilə saytları bloklanmış baş redaktorlar arasında soyuq müharibə və bir-birlərinə qarşı ittihamlar səngimək bilmir. Elə bil nəyisə bölə bilmirlər. Azərbaycanda günü-gündən bütün sahələr üzrə inkişaf edir, o cümlədən də, informasiya sahəsində.
Cənab prezident İlham Əliyev və onun xanımı 1-ci vitse prezident Mehriban xanım Əliyevanın mətbuat işçilərinə diqqət və qayğısı göz önündədir. Dünyanın heç yerində olmayan jurnalistlərin mənzillə təminatı, azad sözə qiymət bizdə yüksək səviyyədədir. Hətta mənzil alan jurnalistlərdən tanıdıqlarım var ki, vaxtilə indiki hakimiyyətə qarşı çıxmış, daima Azərbaycanın müstəqilliyinə kölgə salan öz yazıları ilə indiki iqtidarı nəinki tənqid edən, hətta təhqir edənlər də vardı ki, humanist prezidentimiz onlara baş qoşmayıb məişət problemlərini həll etddikdən sonra öz çirkin niyyətlərindən çəkindilər. İndidə özlərini aydan arı sudan quru çıxarıb, “guya ki bunlar dövlətini, millətini sevirlər”. Amma tarix çox uzaq deyil, vərəqləsəq görərik.

Prezidentin köməkçisi Əli Həsənov mətbuatı o qədər gözəl idarə edir ki, hamı jurnalist olmaq istəyir. Düzdür, bəzi mənzillə təmin olunan jurnalistlərimiz var ki, bir neçə yerdə mənzilləri, bahalı maşınları olan, mətbuatda heç bir imzası olmayan, qırmızı qalustuk taxıb tədbirlərdə öndə oturanlar da az deyil. Bu nə Əli Həsənovun, nə də cənab prezidentimizin səhvi deyil. Məncə, bunlar da olmalıdır. Belə işlərdə ruhdan düşmək olmaz.

Azərbaycan mətbuatı 5-6 nəfərdən ibadət deyil. Mənim bu yazımda mənzil alan jurnalistləri müzakirə etmək yox, mətbuat şurası ilə SOCAR-la bağlı neqativ yazıları içtimaiyyətləşdirib özlərini zibilə salan, ən azından saytları bloklanıb qapılarda qalan baş redaktorların qarşıdurmasına münasibət bildirməkdir.
Bir jurnalist və gənc yazar kimi əvvəl Mətbuat Şurasının sədri hamımızın çox yaxşı tanıdığı Əflatun Amaşovun daim jurnalistlərə dəstəyindən, problemimiz olanda birbaşa özünün diqqət, qayğısı humanistliyindən danışacam. Allah var başımız üstündə Əflatun müəllim çox gözəl insandır. Heç bir zaman hansısa bir jurnalistin suallarından yayınmayıb. Hətta özünü adam hesab edib guya satirik yazılar yazan bəzi jurnalist fasonlarında suallarını da cavablandırıb. Müxalif yazanlar da Əflatun müəllimdən razı qalıblar. Bir sözlə, Mətbuat Şurası QHT olsa da, öz missiyasını layiqincə yerinə yetirir.
Bəs nədən birdən-birə belə oldu? Bəlkə, Şura üzvlərində yenilik var? Ola bilsin ki, Şura üzvlərindən hansısa biriləri öz şəxsi maraqların güdür? Ən azından mən tanıdığım Əflatun müəllim çox gözütox və işinin adını bilən insandır. Saytı bloklanan baş redaktorları da gözəl tanıyıram, onlarda bu cəmiyyətin bir üzvü, peşəkar jurnalistlər, yüksək mədəniyyətə malik insanlardır. Jurnalistikada ayrı-seçkilik düzgün deyil. Bizim bir düşmənimiz var, o da erməni.. Biz özümüzü onlara bu cür tanıtmamalıyıq. Axı, bizim mətbuatı onlar izləyirlər! Elə etmək lazımdır ki, düşmənimizi qudurtmayaq.

Bəlkə də, Mətbuat Şurasının sədri Əflatun müəllimlə Sayt rəhbərləri ortaq məxrəcə gələ bilərlər. Bunun üçün hər iki tərəfə dəstək olmalıyıq, məsələni yerində araşdırıb düzgün qiymət vermək olar. Müstəqil mətbuat hökmən olmalı, azad sözü boğmamalı, hansısa məmurun özbaşınalığını işıqlandıran jurnalisti cəmiyyətddən tədric etməməliyik.

Mənə elə gəlir ki, bu məsələdə ortada kimsə var onu tapmalıyıq, bu cür dalaşmaqla nəsə əldə etmək olmaz. Mətbuatda ayrı-seçkilik olmaz, mətbuat dövlətin aynasıdır. Mətbuat 4-cü hakimiyyətdir və Cənab prezident İlham Əliyev demiş, jurnalistlər prezidentin köməkçisidir. Biz bir yumruqda birləşib yeməyi öz qarşımıza çəkməməli, peşəmizdən aslı olmayaraq özümüzü dünyaya düzgün tanıtmalıyıq.

Bu məsələyə birdə qayıdacağıq.

Mirismayıl Xələfli
Tarix: 19-11-2017, 00:04
Xəbəri paylaş





Xəbər lenti