“Oğru dünyası”nda sükut: “Lotu Quli” - Canıyev qarşıdurması səngiyib - Gizli proje...

“Oğru dünyası”nda sükut: “Lotu Quli” - Canıyev qarşıdurması səngiyib - Gizli proje... “Lotu Quli” ləqəbli kriminal avtoritet Nadir Səlifovla ötən il qətlə yetirilən “qanuni oğru”Rövşən Lənkəranskinin tərəfdarları arasında qarşıdurma səngiyib

Palitika.Az-ın xəbərinə görə, Lənkəranskinin qardaşı Namiq Canıyevin İstanbulda “Lotu Quli”yə sui-qəsd ittihamı ilə həbsindən sonra toqquşmalara ara verilib.

N.Səlifovla N.Canıyev ədavətinin kökündə Lənkəranski faktoru dayanır. Qardaşının qisasını almaq istəyən Canıyevin planı baş tutmadıqdan sonra tərəflər arasında vəziyyətin gərginləşəcəyi gözlənilirdi.

Amma ara sakitləşib və “Lotu Quli” mövqelərinin gücləndirilməsinə çalışır.

Rusiyanın kriminal və oğru aləmin ilə bağlı xəbərlərində ixtisaslaşan xəbər saytları "Lotu Quli"nin həbsdən azad olunmasını 2017-ci ilin əsas hadisəsi sayır və bu faktın doğuracağı effekti hesablamağa çalışır.

2000-ci illərdən bəri uzunmüddətli həbsdən sonra azadlığa çıxan 2 oğruya böyük hörmətlə baxılırdı – onlardan biri "Şakro Molodoy", digəri isə Yaponçik idi. Lakin oğru dünyasını fəth etmək onların heç birinə müyəssər olmadı.

Yaponçikin maliyyə imkanı məhdud idi, Şakro isə bəxtsizliklə üzləşdi və yenidən həbsə atıldı. "Lotu Quli"nin onlardan bir böyük üstünlüyü var – o hələ gəncdir. Quli kimilər haqda adətən belə deyirlər: “vaxtında həbsə düşmüsən”.

"Lotu Quli" yeni tip oğrudur. Onun arxasında hansısa briqada deyil, Rusiyadan Azərbaycana və Türkiyəyə qədər geniş transmilli şəbəkə dayanır.

Şakro yaxud Canqveladzenin iddialarına baxmayaraq, Rövşən Lənkəranskinin bütün imperiyası tam olaraq "Lotu Quli"nin nəzarətinə keçdi. Yalnız Rövşənin bacısı oğlu Zaur Əhmədov buna qarşı çıxıb və Quli ilə düşmən vəziyyətində olan yeganə şəxsdir.

Palitika.Az-ın xəbərinə görə, Yaxın müddətdə "Lotu Quli"nin əsas həll edəcəyi məsələlər Abxaziya kriminalitetinin rəhbəri Pıza ilə münaqişəsini həll etmək olacaq.

Paralel olaraq, "Şakro Molodoy"un klanı da "Lotu Quli"nin güclənməsinə qarşı hərəkətə keçə bilər. Bu iki oğru heç zaman üz-üzə gəlməsələr də, onların arasında hər an münaqişə ola bilər.

Xüsusən "Şakro Molodoy"un əsas tərəfdarlarından olan nüfuzlu "oğru" Karo Parpaliya Nadir Səlifova müəyyən problemlər yarada bilər.

Artıq indidən məlumdur ki, "Lotu Quli" öz klanını formalaşdıracaq. Onun üstünlüyü odur ki, klan milli yaxud ərazi bölgüsü əsasında formalaşmayıb.

Qardaşı Namiqlə yanaşı, bu gün "Lotu Quli"nin klanına Puxlıy, Kuşner, Nika, Qoça, Maçi və Merab Pipiya kimi fərqli millətlərdən olan "oğrular" daxildir.

Şakronun 2015-ci ildə yeni "oğru" adı verilməsini qadağan edən qərarından sonra "Lotu Quli" 2 nəfərə "oğru" adı verib. Onlar məhz "Lotu Quli"nin onlara ad verməsinə görə "oğru" sayılırlar.

Bununla da, onun sözü "Şakro Molodoy"un qadağasından üstün olub. Belə olan halda, qarşıda Səlifov qardaşlarının əsas məqsədinin "oğru dünyası"nda nəzarəti tam əllərinə alması ola bilər.

Azərbaycanlılardan ibarət kriminal dəstələrin 1995-ci ildən həbsdə olan “Lotu Quli”nin ətrafında toplaşması haqda Rusiya mediası da tez-tez yazır.

“Lotu Quli” yeni kriminal qruplaşmanın lideri və hazırda o, ən güclü “ordu”ya malik olan “qanuni oğru” kimi təqdim edilir.

Məlumatlarda deyilir ki, “Quli” təkcə Moskva və Moskvaətrafında gəlirli ticarət obyektlərini, ticarət mərkəzlərini, bazarları deyil, vilayətlərdə, hətta ucqarlarda vaxtilə “Lənkəranski”yə aid digər obyektləri də nəzarətə almağı bacarıb.

Maraqlıdır ki, Rusiya hüquq-mühafizə orqanları “Quli”nin daha da güclənməsi ilə kriminal aləmdə yeni savaşın başlayacağını iddia edirdi.

Amma görünən budur ki, “Lənkəranski”nin yoxluğu ilə “Quli”yə müqavimət göstərə biləcək güc mərkəzi qalmayıb.

İkinci bir tərəfdən, “Quli”də qəfil ortaya çıxmış biri deyil, “qanuni oğru”lar arasında böyük nüfuzu var.
Tarix: 26-11-2017, 21:17
Xəbəri paylaş





Xəbər lenti