Rəfael Cəbrayılov İlqar Məmmədov haqda — "Deputatlıq üçün səs qazana bilməyən şəxs necə prezident olmaq istəyir?"

Rəfael Cəbrayılov İlqar Məmmədov haqda — "Deputatlıq üçün səs qazana bilməyən şəxs necə prezident olmaq istəyir?"
Xəbər veridiyimiz kimi, həbsdə olan REAL sədri bağlı prezidentin köməkçisi Novruz Məmmədov İlqar Məmmədovun cəzasının 2/3 hissəsini çəkdiyini və şərti azadlığa buraxılma hüququna malik olduğu açıqlayıb.
Baş verən prosesdən sonra REAL sədrinin vəkili Fuad Ağayev həbsxanada onunla görüşüb və Novruz Məmmədovun səsləndirdiyi təkliflər, o cümlədən, məsələnin həlli yollarının axtarılması üçün konstruktiv danışıqlara dair təklifi müzakirə edilib.

Məsələ ilə bağlı millət vəkili Rafael Cəbrayılov "Ölkə.Az"-a açıqlama verib:

"Şəxsin cəzadan azad edilməsinin 2 yolu var. Biri amnistiya aktıdır, hansı ki, bunu parlament qəbul edir. Digəri isə əfv aktıdır, bu isə ölkə prezidentinin səlahiyyətinə aid məsələdir.

Parlement müəyyən maddələr üzrə cəzanın çəkilməmiş hissəsinin qeyd olunan vaxtdan artıq olmadığı halda cəzadan azad edilməsi barədə amnistiya aktı qəbul etdiyi zaman müraciət etməyə gərək qalmaz. Əfv aktının amnistiya aktından fərqi odur ki, amnistiya kütləvi xarakter daşıyır, ancaq əfv aktı invidual xarakter daşıyır. Hər bir cəza çəkən şəxs əfv olunması üçün prezidentə müraciət etməlidir".

2010-cu il parlamnet seçkilərində İlqar Məmmədovla rəqib olan Rafael Cəbrayılov qeyd edib ki, İlqar Məmmədov o zaman 45 min Binəqədi seçicilərindən cəmi 3 faizinin səsini qazanıb:

"45 min seçicidən 3 faizinin səsini qazanan adam prezident olmaq istəyir. İlqar Məmmədov Avropada bəyanat verdi ki, prezidentliyə ən real namizəd odur. Deputat seçilmək üçün səs qazana bilməyən şəxs necə prezidentliyə real namizəd olur, anlamıram".".

Səxavət Məmməd
Tarix: 11-12-2017, 17:24
Xəbəri paylaş





Xəbər lenti