“İnsan gələcəyə öz keçmişinin çiyinlərində gedir”

“İnsan gələcəyə öz keçmişinin çiyinlərində gedir”
Azərbaycan yeni dövrə qədəm qoyur. Effektli idarəçilik siyasi və sosial sabitliyin bir nömrəli təminatçısıdır.

Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin də idarəçiliyində struktur islahatları qaçılmazdır.
Görkəmli mütəfəkkir Əbu Turxan yazırdı: "İnsan gələcəyə öz keçmişinin çiyinlərində gedir”.


Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti bu gün gələcəyimiz üçün heç də yaxşı bir keçmiş yaratmır.

Onu hazırkı rəhbərliyinin “çiyinlərində” gələcəyin baytarlığına - peşəkar mütəxəssisləri şər-böhtanla işdən çıxarıb ailələrini çörəksiz qoymaq, ölkəyə heyvan mənşəli məhsulları və baytarlıq dərman preparatları idxal (ixrac) edən iş adamlarından rüşvət qoparmaq, hüquqi və fiziki şəxslərdən qanunla müəyyən olunmamış yerlərdə kəsilən heyvan cəmdəklərinə görə “xidmət haqqı” almaq, ət dükanlarında qəssablardan qanunsuz pul yığmaq, heyvanların müalicə və profilaktika tədbirlərində saxta dərman və vaksin işlətməklə heyvan sahiblərinə maddi zərər vurmaq, qohum və tələbə yoldaşlarını vəzifələrdə əyləşdirmək, təzyiqi altında olan baytarlıq laboratoriyalarda sifarişlə şəxsi maraqlarını həyata keçirmək kimi əməllərini aparır.

Lakin A. Süleymanova “STOP” deyən olmalıdır ki, gələcəyin baytarlığına neqativ əməllər çatmasın.

Görəsən gələcəyin baytarlığına sahib çıxacaq gənc baytarlarımız Xidmətin indiki fəaliyyətindən onlara miras qalan ”adət-ənələr”lə hansı faydalı iş görə biləcəklər? Onlardamı saxta dava-dərman, vaksinlə sələflərinin əməllərini təkrar edəcəklər? Əsla yox! A. Süleymanovun Xidmətdə 3 illik “fəaliyyəti” daha qabarıq şəkildə üzə çıxdı. Yəqin onun bu gün “çapdığı atın” qıçlarını sındıran tapılacaq ki, gələcəyin baytarlığı azərkimilərin əməlləri ilə yoluxmasın! Əsas isə odur ki, baytarlığımıza töhfə verilsin.

Açıqda olmasa da, dost-tanışları arasında Azər Süleymanovun rəhbərlik etdiyi Dövlət Baytarlıq Nəzarəti Xidmətinin fəaliyyətindən sahibkarlar, iş adamları ciddi narazılıq edirlər. Onlardan hevandarlıq yüklərinin idxal-ixracına baytarlıq icazəsi üçün müxtəlif bəhanələrlə “haqq” tələb edilir.
Prezident Administrasiyasında, Respublikanın hüquq-mühafizə orqanlarında Korrupsiya ilə mübarizə tədbirlərinə, bu sahədə ölkə başçısı tərəfindən imzalanan hüquqi sənədlərə məhəl qoymayan, iş adamlarının qənim kəsilən Dövlət Baytarlıq Nəzarəti Xidmətinin rəisi vəzifəsini müvəqqəti icra edən Azər İdris oğlu Süleymanovun və Xidmətin bəzi vəzifəli şəxslərinin qanunsuz əməlləri barədə gedən şikayət qovluqları və özbaşınalıqlarla dolu faktlar dosyesi yaranmışdı.

Ona görə də I qrup əlilliyini gizlədilən və xəstəliyi ilə əlaqədar ənənəvi “kabinet siyasətindən” əl çəkməyən (Azər müəllimi yalnız nazirin regionlarda bir neçə saatlıq keçirdiyi qəbulda görmək olar) A. Süleymanov 3 ildir ki, rəis vəzifəsinə təsdiq edilmir, vəzifəni müvəqqəti icra edir. Nazirlik rəhbərliyinin onu rəis vəzifəsinə təsdiq etməyə əli qalxmır. Çünki ağlı üstündə olan hər hansı bir rəhbər tabeliyində olan boğazınadək qanunsuz işlərə batmış, qnunsuz əməlləri artıq ictimailəşmiş bir nəfərin rəislik kürsüsünə təsdiq etməyə cürət etməz.

Ancaq o da bəllidir ki, ölkə başçısının müvafiq Fərmanı ilə yaradılmış Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin 01 yanvar 2018-ci ildən fəaliyyətə başlaması Dövlət Baytarlıq Nəzarəti Xidmətindən “qidalanan” bir çoxlarının kefinə “soğan doğramaqla”, A. Süleymanovun və onun şəbəkəsinin asfiksiyası deməkdir!

Azər müəllimi Xidmətdə işi, digər qanunsuz əməlləri ilə bərabər, biri də qohum və tələbə yoldaşlarını vəzifələrə təyin etməkdir.

Diqqətli oxucular KİV–in Dövlət Baytarlıq Nəzarəti Xidmətində yaşadılan məşəqqətlər haqda fikirlərini, yəqin ki, unutmayıblar.

Belə ki, Azər Süleynmanov Kənd Təsərrüfatı Nazirliyinin rəhbərliyinin reputasiyasına xələl gətirə biləcək dövlət qulluğu statuslu Xidmətdə dövlət qulluğuna qəbul olması məqsədi heç bir imtahan üzü görməyən, 3 ildir qanunsuz müqavilə ilə Heyvandarlıq məhsullarına və yüklərə nəzarət sektorun müdiri təyin etmiş “qara kassası” Aydın Hüseynovdan mətbuatda onun fəaliyyətinə dair məsələlərin tirajlanması səbəbindən ciddi narahat olmağa başlayıb.

Ona görə də 61 sinində olan 3 ildir Heyvandarlıq məhsullarına və yüklərə nəzarət sektorun müdiri təyin etdiyi Aydın Hüseynovu 3 ildən sonra, bir gün də təsərrüfat üzü görməyən və ölkənin epizootik vəziyyətinə bir başa məsul olan və dövlət qulluğunda qanunsuz vəzifə tutan Epidemioloji nəzarət və profilaktika sektorun müdiri Ceyhun Əliyevi, həmçinin Heyvandarlıq məhsullarına və yüklərə nəzarət sektorunun mütəxəssisi Abdullayev İlqarı dövlət qulluğuna qəbul olmaları məqsədi ilə Dövlət İmtahan Mərkəzində keçirilən müsabiqənin test imtahanına yola salıb. Lakin bu “saqqalı ağarmışlar” (Aydın müəllimin saqqalı onsuz da ağdır) heç biri test imtahanından “üzü ağ” çıxa bilməyib. Habelə, Azər müəllimin rəis səlahiyyətindən istifadə edərək Respublika Baytarlıq Laboratoriyasının direktor müavini təyin etdirdiyi dayısı oğlu bokalavr təhsilli Elşad bəy də magistr imtahanından keçməyib. Budur, Azər Süleymanovun “Dövlət Qulluğu haqqında” Qanunun tələblərini pozaraq, imtahandan keçmədən vəzifə kürsülərini peşkəş etmiş “savadlı” və sevimli baytarları.

Bu, utanverici haldır ki, iki Sektor müdiri vəzifəsini tutan və bir mühüm sektorun mütəxəssisi ixtisasına aid sualların qarşısında aciz qalıb, test imtahandan keçmirsə, onlar necə dövlət qulluğu vəzifəsində oturub, aşağı vəzifəli baytarlara rəhbərlik edib, örnək ola bilər?

61 yaşlı Aydın Hüseynovun bioqrafiyasına nəzər yetirdikdə o, bu günə kimi dövlət qulluğunda olmayıb və təbii ki, inzibati vəzifə tutmayıb. Onun fəaliyyətinin çox hissəsi Göygöl rayon baytarlıq laboratoriyasının divarları arasında mikroskopda mikrob “axtarışından” ibarət olub. Məlumdur ki, 61 yaşlı insan üçün müasir texnologiya ilə keçirilən imtahanların öhtəsindən gəlmək çətin prosesdir. Ancaq aldığımız məlumata görə Aydın müəllim “hesab dəsini yaxşı bilir”.

A.Hüseynov kalkulyatordan digərlərindən daha yaxşı istifadə etmək “bacarığına” görə də dövlət qulluğu vəzifəsində “gərəkli fəaliyyətini” davam etdirir...

Dövlət Xidmətində kadrların seçilib yerləşdirilməsində də ədalətsizliklər ayaq açıb yeriyir. Prodoksal haldır ki, Test imtahanından keçə bilməyən Ceyhun Əliyev sektor müdiri olaraq, həmin sektorda işləyən, təcrübəli, baytarlıq elmləri üzrə fəlsəfə doktoru, dövlət qulluğu müsabiqəsinin test imtahanından müvəffəqiyyətlə keçmiş Nigar Səfiyə rəhbərlik edir.

Bundan başqa, magistr pilləsinə qalxmış və dövlət qulluğu üzrə test imtahanından yüksək bal toplayan Zemfira Kazımova ən aşağı, ən az maaşlı vəzifədə oturub. Azər müəllimin dayısı oğlu bakalavr təhsilli Elşad bəy isə yüksək əmək haqqı ilə Respublika Baytarlıq Laboratoriyasında direktorun müavini vəzifəsində “əyləşdirilib”. Bəs hanı insaf, ədalət, qanun və qanunçuluq?

“Zəbt etdiyi” kreslosunun “əbədi” olduğuna arxayın olan A.Süleymanov üçün memarı olduğu “Yaddları saxlamırıq”, “hamı pisdir” iş metodu prioritetdir.

Hətta o, qadınla şəxsi qərəzçiliyə görə onu işdən çıxarmağa qədər qanunsuzluğa getdi. Belə ki, Ağcabədi rayonu Baytarlıq İdarəsinin ali təhsilli baytar həkimi İradə xanım Azərin yarıtmaz fəaliyyətini dilə gətirdiyi üçün onu işdən çıxararaq, aşağı vəzifəyə-feldşer keçirmişdi. Bundan da ürəyi soyumadığı üçün İradə xanımı feldşerlikdən də də azad etdi. Lakin İradə xanım birinci Vitse– prezidentə teleqrama vurduğuna görə Azər qanunsuz hərəkətindən geri çəkilərək İradə xanımı yenidən işlə təmin edir.

Ondan qabaq Ağcabədi rayon Baytarlıq İdarəsinin rəisi vəzifəsini boşaltmaq üçün işində heç bir qüsuru olmayan mərhum Savalan Xudiyevi qanunsuz vəzifəsindən azad etdiyinə görə S.Xudiyev ədalətsizliyə dözməyərək dünyasını dəyişdi. Ailəsi başsız qaldı. Budur, Azər müəllimin tabeliyinə verilmiş işçilərin başına gətirdiyi oyunlar. A. Süleymanovun eyni ali təhsil ocağının məzunları olan həmkarlarına bu münasibətin səbəbi nədir...
Baytarlıq orqanlarında ciddi şəkildə peşəkar kadrların çatışmazlığı da açıq hiss olunur.

Qohum, dost, tələbə yoldaşı prinsipi ilə vəzifələrə yerləşdirilən kadrlar da Kənd Təsərrüfatı Nazirliyinin və işlədikləri Dövlət qurumunun imicini aşağlayır və öhtəliklərinə düşən vəzifləri daşımalarında səriştəsizlik nümayiş etdirir və əhalinin və hakimiyyətin yuxarı eşalonunda Kənd Təsərrüfatı Nazirliyi və işlədikləri Dövlət Baytarlıq Nəzarəti Xidmətinə inamı azaldır.

Ona görə də İstiqlal.az və digər mətbu orqanlarında hakimiyyətdəki mənbələrə əsaslanaraq deyilir: ...“Kənd Təsərrüfatı Nazirliyin indiki strukturları və fəaliyyəti indiki reallıqlara adekvat deyil. Nazirlik etimadı doğrultmayan qurumlar siyahısındadır və Kənd Təsərrüfatı Nazirliyinin ləğvi planlaşdırılır”...

Mətbuatda gedən səriçtəsiz kadrların iş fəaliyyətini qabardan digər məlumatlarda bildirilir ki, paytaxtdakı qəssabxanaların birindən alınan ətdə “Öküz soliteri” qurdu aşkarlanıb.Sosial şəbəkə istifadəçisi bu barədə məlumat paylaşıb. O, ətin içindən “Öküz soliteri” qurdunun çıxdığını bildirib. Alıcıların ət alarkən diqqətli olmasını qeyd edib”.

Bəs, heyvan xəstəlikləri ilə mübarizə məqsədilə nəzərdə tutulan Epizootiya əleyhinə müalicə-profilaktika tədbirlərinə nəyə görə əməl edilmir? Axı Öküz soliteri insanlar üçün təhlükəlidir. Bu məqsədlər üçün Dövlət büdcəsindən külli miqdar ayrılan vəsait haraya sərf edilir?

Niyə ölkə başçısının tapşırığına uyğun olaraq əhalinin dolanışığı üçün gözünü dikdiyi malqaranın xəstəliklərdən ölməsi, insanların heyvanlardan brusellyoza yoluxması və s. ictimai nəzərətdən qaçırdılır?!

Bundan başqa, son iki ay ərzində Azərbaycandan Avropa Bilriyinə ixrac olunan 100 ton fındıq ləpəsi geri qaytarılıb. Azərbaycan fındığının 20 tonluq ilk hissəsi(1 TIR) sentyabrın 13-də Polşadan, 20 tonu oktyabrın 4-də, 20 tonu oktyabrın 23-də, daha 20 tonu isə oktyabrın 30-da İtaliyadan geri qaytarılıb. Əldə etdiyimiz bilgiyə görə, İtaliya gömrüyündən geri qaytarılan məhsulda Avropa Birliyi üzrə müəyyən olunmuş normalardan yüksək həddə aflotoksin adlı maddə aşkarlanıb.

Habelə, Azərbaycandan Rusiyaya tədarük olunan 52,5 ton kənd təsərrüfatı məhsulu Dağıstanın "Yaraq-Qazmalar” gömrük keçid məntəqəsində saxlanılıb.

"APA-Economics” RİA "Novosti” agentliyinin yerli bürosuna istinadən xəbər verir ki, sərhəddə məhsulun saxlanılmasına səbəb saxta fitosanitar sertifikatların mövcudluğudur. Saxlanılan məhsullar arasında 16,780 min kq nar, 18,025 min kq pomidor və 17,750 min kq xiyar var. Saxlanılan meyvə-tərəvəz Azərbaycana qaytarılıb.

Sosial şəbəkələrdə hər hansı bir tənqidi məqalələr işıq üzü görən kimi, saytın rəhbərliyi hədələrə məruz qalır. Əgər məlumatlar sizin fikrinizcə, həqiqətə uyğun deyilsə, onda niyə narahat olub, məqalənin dərhal saytdan götürülməsi üçün əl-ayaqa düşürsünüz. Məqalənin saytlardan yığışdırılmasını xahiş–minnət edirsiniz.

Azərbaycan prezidenti İlham Əliyev çıxışlarından birində qanun pozuntularına yol vermiş məmurlardan danışdı, hesab etmək olar ki, bu qanun pozuntularına yol verən azərkimi məmurlara bir anonsdur.

Güman edirik ki kənd təsərrüfatı naziri cənab Heydər Əsədov tabeliyində olan Dövlət Xidmətləri rəhbərlərinin belə iş üslubu ilə razılaşmağı bir kənara qoyub, təsirli tədbirlər görəcək. Əks halda istitaq orqanları hərəkətə keçə bilər.

Palitika.Az
Tarix: 11-12-2017, 23:16
Xəbəri paylaş





Xəbər lenti