Maliyyə naziri Samir Şərifov çıxılmaz durumda

Maliyyə naziri Samir Şərifov çıxılmaz durumda Son günlər həyata keçirilən islahatlar nəticəsində bir neçə nazir postunu itirməli oldu. Hazırda kadr islahatları davam etdirilir. Bu arada 10may.az saytına daxil olan məlumata görə maliyyə naziri Samir Şərifovda hesabat verməli olacaq.
Belə ki, Beynəlxalq Bankın prezidenti Cahangir Hacıyev həbs olunandan sonra onun vasitəsiylə yaradılan bir çox şirkətlər Samir Şərifovun yaxın çevrəsinə həvvalə edildi. Amma Cahangir Hacıyevin daha ciddi problemlərlə üzləşməsi üçün dəyəri milyonlarla manat həcmində olan bu şirkətlərin süni şəkildə çökdürüldüyü iddia edilir. Saytın iddiasına görə bununla bağlı hətta keçmiş bankir, lazımi dairələri məlumatlandıra bilib. Düzdür dəfələrlə nazrlik bunu rəsmi şəkildə təkzibləyib. Amma deyəsən bu dəfə məsələ daha ciddi şəkil alıb və çökdürülən şirkətlərin maliyyə qaynaqları yenidən araşdırılır. İddialar təsdiqini taparsa Samir Şərifovun vəziyyəti yaxşı olmayacaq. Başqa sözlə Samir Şərifov kadr islahatlarından kənarda qala bilməyəcək.Çökdürülən şirkətlərin siyahısını isə yaxın günlərdə nəzərinizə çatdıracağıq.

RealMedia.az
Tarix: 12-12-2017, 08:28
Xəbəri paylaş





Xəbər lenti