Jurnalist Əvəz Zeynallı polis tərəfindən saxlanılıb –Araşdırma aparılır

Jurnalist Əvəz Zeynallı polis tərəfindən saxlanılıb –Araşdırma aparılır
Tanınmış jurnalist, “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallı bu gün polis tərəfindən saxlanılıb.

Bu barədə Strateq.az-a jurnalistin həyat yoldaşı Məlahət Zeynallı məlumat verib. Məktəbdən uşaqlarını götürüb evə qayıdan Ə.Zeynallı yolda tıxaca düşüb. O, bu zaman hərəkətin düzgün tənzimlənməməsi ilə bağlı polisə irad bildirib. Bundan sonra jurnalist Binəqədi rayon Polis İdarəsinin 4-cü şöbəsinə gətirilib. Hazırda orada saxlanılır. Araşdırma aparılır.
Tarix: 19-12-2017, 17:07
Xəbəri paylaş





Xəbər lenti