Əli İnsanovun bağına göz dikən deputatın ingilis dili və Avstraliya blefi - Müdhiş iddialar

Əli İnsanovun bağına göz dikən deputatın ingilis dili və Avstraliya blefi - Müdhiş iddialar
Deputat İmamverdi İsmayılovun vikipedik bioqrafiyası saxta məlumatlar əsasında tərtib olunubmuş

Palitika.Az-ın məlumatına görə, Zəngilandan deputat təyin olunan millət vəkilinin rus və ingilis dillərini bildiyi qeyd olunub.

Onun iki xarici dil bilməsinin saxta məlumat olduğu deyilir. İddialara görə, İ.İsmayılov rus dilində danışsa da, ingiliscə bilmədiyi söylənir.


Həmçinin, deputat parlamentin Azərbaycan-Avstraliya parlamentlərarası işçi qrupunun rəhbəri olsa da, indiyə qədər qitənin o başına getmədiyi, onların bura gəlmədiyi, avstraliyalı deputatlarla görüş keçirmədiyi qeyd olunur.

Ümumiyyətlə, İ.İsmayılov fəaliyyətsiz, passiv, “lal” deputatlar cərgəsində öndə gedir. Onun parlamentdə çıxışlarına rast gəlmək üçün arxivi eşələmək lazımdır.

Son büdcə müzakirələrində, yeni qanun layihələrinin qəbulunda onun rəyini görmək mümkün olmadı. Çünki deputatın əsas vəzifəsi biznesinin idarəçiliyinə vaxt ayırmaqdır.

Bu biznes o dərəcədə çiçəklənib ki, həbs həyatı yaşayan sabiq nazir Əli İnsanovun Novxanıdakı bağına göz dikib.

Bu barədə cumhuriyyet.az-a verilən xəbərə görə, özünə bağ sahəsi almaq üçün axtarışa çıxan millət vəkili, sonda nəzərlərini sabiq nazir Ə.İnsanovun bağında qərarlaşdırıb.

Yarım hektarlıq ərazini əhatə edən bu bağ Ə.İnsanovun vaxtaşırı gəlib-getdiyi, xüsusi önəm verdiyi bağ massivi olub.

Lakin bu günlərdə məlum olub ki, Bakıətrafı kəndlərdə bağ axtarışına çıxan millət vəkili İmamverdi İsmayılov sabiq nazirə məxsus bağ massivinə müştəri düşmək qərarına gəlib.

Bağın kifayət qədər böyük olması, magistral xəttə yaxınlığı və s. kimi amillər millət vəkilinin bağa marağını artıran amillər hesab olunur.

Palitika.Az-ın məlumatına görə, İ.İsmayılovun parlamentin iclaslarına laqeydliyi seçicilərinə olan ögeyliyi ilə üst-üstə düşür.

Bağ massivi, biznes maraqları, oğlunun nömrə alverində sərvət toplaması deputat üçün Milli Məclisdəki işindən də qiymətli fəaliyyətdir.

Həmçinin 999 və 888 seriya nömrələri yalnız bu ailəyə məxsus olduğu qeyd edilir. Kapitan rütbəli İlkin İsmayılov Sumqayıt Şəhər Yol polisində imtahan-qeydiyyat şöbəsinin baş inspektorudur.

İlkin İsmayılov Qubadlı-Zəngilan dairəsindən millət vəkili seçilən İmamverdi İsmayılovun oğludur. Bir müddət əvvəl İlkin İsmayılovun adı 888 nömrəsi ilə bağlı qalmaqalda hallanıb.

Azad istehsalçılar Birliyinin sədri Eyyub Hüseynov bir il iki ay əvvəl əvvəl İlkin İsmayılovdan təşkilat üçün KİA Sorento markalı 90 FP 888 dövlət nömrə nişanı olan maşın alıb.

Sonradan avtomobildə yaranan problemlə əlaqədar olaraq KİA servisə müraciət edərkən avtomobilin 14.10.2013-cü ildə servisdə 105800 km yürüşlə qeydiyyatda olduğu və onun üzərində çoxsaylı detal dəyişmə işləri aparıldığı məlum olub.

2014-cu ildə baş verən bu hadisə uzun müddət mətbuatın müzakirəsinə səbəb olub. Ondan başqa, restoranda qətlə yetirilmiş Könül Zalova adlı şəxsin idarə etdiyi avtomobilin seriya nömrəsi tanınmış ailəyə məxsus olduğu üzə çıxmışdı.

Könül Zalovaya məxsus ağ rəngli “İnfiniti FX 35” markalı, 10 OD 999 dövlət nömrə nişanlı avtomobilin nömrəsinin İlkin İsmayılovla əlaqəli olduğu iddia edilib.

Palitika.Az
Tarix: 20-12-2017, 23:22
Xəbəri paylaş





Xəbər lenti