Laçın alayının keçmiş komandirini Laçına buraxmırlar - "Mən Laçına gedəcəyəm!!!"

Laçın alayının keçmiş komandirini Laçına buraxmırlar
"Bütün mümkün qanuni vasitələrdən istifadə edərək Laçını görmək istədim... Xahiş etmədiyim , minnət çəkmədiyim yer qalmadı...
Alınmadı..." DİA.AZ bildirir ki, bunu özünün "facebook" səhifəsində Laçın alayının keçmiş komandiri Arif Paşa qeyd edib.

Keçmiş komandir daha sonra bildirir: "İndi bildiyim vaxt, özüm bildiyim kimi gedəcəyəm...
Qarşımı kəsən olsa, ölümünə savaşacağam!
Ya mən , ya qarşımı kəsənlər məğlub olacaq!
BUNUMU İSTƏDİNİZ!!!
Amma ictimai rəyin sualı olacaq: Laçın Alayı ləğv olunan günə qədər Laçını Azərbaycanın "Qara qapısı" etmiş bir Alayın komandirinə Laçına gedib, 30 il həsrətində olduğu YURD yerini görməyə maneələr yaradanlar ondan KİMİN qisasını alırdılar???!!!
Mən Laçına gedəcəyəm!!!
NƏYİN BAHASINA OLURSA OLSUN!!!
İndi kimin cəsarəti var... qarşımı kəssin!!!"
Tarix: 29-06-2023, 22:09
Xəbəri paylaş





Xəbər lenti