Tanınmış hüquq-müdafiəçisi `Kapital Bank`a OD PÜSKÜRDÜ "Siz nə vaxt mövcud qanunlara hörmət qoyacaqsınız?"

     
Tanınmış hüquq-müdafiəçisi `Kapital Bank`a OD PÜSKÜRDÜ
Tanınmış hüquq müdafiəçisi Taleh Xasməmmədov "Kapital Bank"ın növbəti qanun pozuntusunu ifşa edib. DİA.AZ bildirir ki, T.Xasməmmədov bununla bağlı bankdan hesabat da istəyib.

Hüquq-müdafiəçisi sosial şəbəkədə paylaşdığı statusunda qeyd edir:

" `Kapital Bank`, zəhmət olmasa deyin görək, "DOST" MMC xəttilə işləyən fəhlənin əmək haqqının kredit borcuna görə 100% tutulması nə deməkdir?

Siz nə vaxt mövcud qanunlara hörmət qoyacaqsınız?

Qurban Bayramı ərəfəsində kartı bloklayıb, əmək haqqını mənimsəmək məqsədli qəsd və bir ailəni ac qoymağınız anlamına gəlir".

Məsələ ilə bağlı SİAM.AZ olaraq qarşı tərəfi də dinləməyə hazırıq...
Tarix: 3-07-2023, 22:37
Xəbəri paylaş





Xəbər lenti