Dövlət bu SOYĞUNÇU ŞƏBƏKƏNİ niyə durdurmur? - HƏQİQƏTƏN DƏ...


" "Azərlotoreya"nın əhaliyə kütləvi hücumu davam edir. Hər bir dayanacaq, hər bir metro çıxışı və ümumiyyətlə əhalinin sıxlığı olan ictimai yerlərdə "Azərlotoreya" açıq və nümayşkarcasına faktiki soyğunçuluq həyata keçirir". DİA.AZ bildirir ki, bunu paylaşımında Qarabağ qazisi, hüquqşünas Vüqar Dadaşov bildirib.

Qarabağ Qazisi daha sonra fikirlərinə belə davam dir: "Düşündürən isə odur ki, bu soyğunçuluğa reaksiya verməyə borclu olan dövlət qurumları, hüquq-mühafizə orqanı niyə əhalinin talanmasına göz yumur axı?

Bir ara səngimiş bu fırıldaqçılığa "Azərlotoreya" iki, üç şirnikləndirici uduş verməklə yeni nəfəs verib. Uşaq, böyük, qoca, cavan, qadın, kişi açıq şəkildə soyulur. İnsanlar bütün əmək haqlarını, pensiyalarını son qəpiyinə kimi uduzub, ac-yalavac qalır, ailələrdə sosial gərginlik yaşanır, məişət tarazlığı pozulur, ailələr dağılma səviyyəsinə çatdırılır. Məgər insanları, ailələri və qısası, əhalini qorumaq dövlətimizin əsas vəzifəsi, borcu deyilmi?! Bəs onda dövlətimiz bu talançılığa niyə reaksiya vermir?

P.S. Hərçənd ki, insanlarımız özləri də günahkardır, necə deyərlər havayı pendir ancaq tələdə olar-bunu məgər bilməyən var?!"

Məsələ ilə bağlı Siam.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq...
Tarix: 6-07-2023, 08:31
Xəbəri paylaş





Xəbər lenti