Rayon rəhbəri Vətən Müharibəsi qazisi Nahid Qasımovun ailəsi ilə görüşüb



Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov Əskipara 
kəndində 3-cü dərəcəli Vətən  müharibəsi əlili Qasımov Nahid Namiq oğlunun 
ailəsi ilə görüşüb, onların qayğıları ilə maraqlanıb.

Görüşdə rayon rəhbəri Azərbaycan Ordusunun Müzəffər Ali Baş Komandan 
cənab İlham Əliyevin rəhbərliyi altında 44 günlük Vətən müharibəsində Nahid 
kimi igid oğulların sayəsində qələbə çaldığını bildirib. N saylı əlahiddə 
kəşfiyyat taborunun müddətdən artıq hərbi xidmət keçən hərbi qulluqçusu 
olmuş Nahidin Talış və Suqovuşan kəndləri istiqamətində keçdiyi döyüş 
yolundan danışıb. Onun Vətən, ərazi  bütövlüyümüzün bərpası yolunda 
yaralanaraq öz sağlamlığını itirdiyini deyib.
Qeyd olunub ki, Nahid Qasımov Azərbaycan Respublikası Prezidenti cənab 
İlham Əliyevin müvafiq Sərəncamı ilə “Suqovuşanın azad olunmasına görə”, 
Azərbaycan Respublikasının Baş naziri Əli Əsədovun Sərəncamı ilə “Vətən 
müharibəsi iştirakçısı” medalları ilə təltif olunub.
Onun xoşbəxt ailəsi, 3 qız övladı var.
Nahid Qasımov şəhid ailələrinə və qazilərə göstərilən diqqət və qayğıya görə 
 Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-
prezident Mehriban xanım Əliyevaya öz minnətdarlığını bildirib.
Tarix: 6-07-2023, 18:14
Xəbəri paylaş





Xəbər lenti