"Həmin məmurlar kasıba gələndə canavara dönürlər..." - HƏQİQƏTƏN DƏ...

"Həmin məmurlar kasıba gələndə canavara dönürlər..."
Turab Rzayevlə şəxsən tanış deyilik. TV-lərdə şərhlərini maraqla izləyirəm, saytımıza da tez-tez açıqlamalar verir. Savadlı və faydalı adamdır. İndi bu adam öz çevik beynini hara işlətməlidir: ermənilərə qarşı, yoxsa Binəqədi rayon icra hakimiyyətinə qarşı? Turab müəllim xaricdə olanda icra hakimiyyətinin "qoçaqlar"ı gəlib həyətinin hasarını dağıdıblar, milli maraqlarımızı yüksək səviyyədə müdafiə edən bir politoloqa maddi və mənəvi zərər vurublar. Dövlət Qarabağı, Şərqi Zəngəzuru yenidən inşa edir, Bakıdakı icra başçıları vətəndaşlara bir daxma tikməyə imkan vermir. Bu cür hallar Suraxanı rayonunda, "Nəqliyyat polisi"nin arxasındakı massivdə də yaşanır. Həmin ərazidə yüzlərlə villa var. Sovet vaxtı bağçılıq təsərrüfatları olub, fərdi yaşayış sahələridir. Ancaq Əmlak Komitəsindən birbaşa çıxarış almaq mümkün deyil. Deyirlər ki, bağçılıq təsərrüfatlarının arxivi itib. Məhkəmə qaydasında çıxarış almaq üçün isə xeyli vaxt lazımdır. Bundan istifadə edən Suraxani Icra Hakimiyyetinin məmurları bir kasıba imkan vermirlər ki, daş üstdə daş qoya. Zənginlər çoxmərtəbəli villalar tikəndə yoxa çıxan həmin məmurlar, kasıba gələndə canavara dönürlər.

Taleh Şahsuvarov - DİA.AZ
Tarix: 10-07-2023, 08:47
Xəbəri paylaş





Xəbər lenti