MTK qalmaqalı böyüyür: Xətai bələdiyyəsi məhkəmədə uduzduğunu bilmir?

MTK qalmaqalı böyüyür: Xətai bələdiyyəsi məhkəmədə uduzduğunu bilmir?

Xəbər verdiyimiz kimi, hüquqşünas Əkrəm Həsənov Bakı İnzibati Məhkəməsində Xətai bələdiyyəsini udduğunu bildirmişdi.
Xətai Rayon Bələdiyyəsinin Ərazi idarəetmə və uçot şöhbəsinin müdiri Həmid Həmidov isə Cebhe.info-ya açıqlamasında onların məhkəmədə üçüncü tərəf kimi çıxış etdiyini və dolayısı ilə uduzmadıqlarını bildirmişdi.
Hüquqşünas Əkrəm Həsənov məsələ ilə bağlı Cebhe.info-ya deyib ki, Xətai bələdiyyəsi birinci məhkəməni nəzərdə tutaraq belə açıqlama verib.
“Bələdiyyə birinci məhkəmədən danışır. İkincidə özü cavabdehdir və işi uduzub. Sakinlərin iclası isə keçirilməyib, çünki bina zəbt altındadır”, - deyə Əkrəm Həsənov bildirib.
Qeyd edək ki, Əkrəm Həsənov məhkəmə qətnaməsini paylaşaraq məsuliyyətin Xətai bələdiyyəsinin üzərinə düşdüyünü bildirib:
“Fevral ayında yaşadığım binadan tikinti şirkətinin çıxarılması və idarəetmədən kənarlaşdırılması barədə məhkəmə qətnaməsini bölüşmüşdüm. Paralel bələdiyyəni də məhkəməyə vermişdim. Çünki sakinlər ümumi yığıncağı keçirməyibsə, bunu bələdiyyə etməlidir.
Sakinlər idarəetmə üsulunu müəyyən etməyibsə, bələdiyyə müsabiqə keçirərək idarəedici təşkilatı seçməlidir. Lakin bələdiyyələr bunu etmir. Bakı İnzibati Məhkəməsi iddiamı təmin edərək sözügedən vəzifələrin icrasını Xətai bələdiyyəsinin üzərinə qoydu”, - deyə Əkrəm Həsənov bildirib.

Tarix: 13-07-2023, 20:48
Xəbəri paylaş





Xəbər lenti