“McDonalds”ın "od qiyməti"nə “Şaurma”sı etiraz doğurdu: “Özünüzü “Elşadın qırğın dönəri” kimi aparırsınız” - FOTO

“McDonalds” restoranlar şəbəkəsinin menyusuna “xüsusi yenilik” adı ilə 5,75 AZN-ə daxil etdiyi “Şaurma Roll” sosial şəbəkələrdə tənqidlə qarşılanıb.
 
Pravda.az xəbər verir ki, vətəndaşlar şaurmanın qiymətinin baha olmasına etiraz ediblər.
“McDonalds”la bağlı yazılan şərhlərdən bir neçəsini təqdim edirik: 
“100% 7-10 manata, iki dişləmlik oyuncaq olacaq”, “2 manatlıq şaurma nə zaman 5.75 AZN-ə oldu?”, “Bunun illər sonrasını təsəvvür etmək olmur...”, “McDonalds”da bir doyumlu yemək olmur, amma hamısı od qiymətinədir”…
 
Restoranın menyusuna şaurma əlavə etməsinin sağlam rəqabət olmadığını deyənlər də az deyil: “Sağlam rəqabət strategiyası deyil”, “Özünüzü “Elşadın qırğın dönəri” kimi aparırsınız”, “Xaş da verin...”
 
Restoranın keçmiş əməkdaşlarından biri isə etirazını belə bildirib: “Yaxşı ki daha sizinlə işləmirəm, yoxsa utancdan ölərdim...”
Tarix: 14-07-2023, 22:54
Xəbəri paylaş





Xəbər lenti