Bələdiyyədən sədrlə bağlı ilginc açıqlama: - “Sevinc xanım köhnə möhürə görə...”

Bələdiyyədən sədrlə bağlı ilginc açıqlama:
Qafqazinfo saytı tərəfindən yayılan məlmata görə, Xəzər rayonu, Şağan kənd bələdiyyəsinin sədri Sevinc Atayeva və bir qrup keçmiş əməkdaşı barəsində cinayət işi başlanıb.

DİA.AZ bildirir ki, məlumata görə, təqsirləndirilən şəxslər sənəd saxtalaşdırmaqda və külli miqdarda dələduzluqda təqsirləndirilirlər.

Sevinc Atayeva Cinayət Məcəlləsinin 320-ci (saxta sənəd hazırlama), Əli Cahangirov, Ruslan Məmmədov, Elçin Xalıqov və Elşən Xanlarov 178.3.2-ci (dələduzluq-külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham olunurlar. Onların hər biri barəsində həbsə alternativ qətimkan tədbiri seçilib. İş üzrə toplanmış materiallar baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

DİA.AZ bildirir ki, özünü Xəzər rayonu, Şağan kənd bələdiyyəsinin kargüzarı kimi təqdim edən şəxs Cebhe.info-ya məlumatı təkzib edib. Adının açıqlanmasını istəməyən şəxs məlumatın yanlış olduğunu bildirib:

“Sevinc xanım işinin başındadır, yayılan məlumatlar yanlışdır. Əsası olmadan, araşdırılmadan yayılmış məlumatdır. Sevinc Atayeva neqativ məsələləri araşdırmaq üçün özü hüquq-mühafizə orqanlarına müraciət edib. Saxta sənədlər, köhnə möhürün kimdə olması, kimə təhvil verilməsinin araşdırılması üçün müraciət edib. Sadəcə, Sevinc xanımın adını hallandırıb, onun imicinə xələl gətirən məlumat yayıblar”.

Kənd bələdiyyəsindən hazırda Sevinc Atayevanın tədbirlə bağlı işdə olmadığını qeyd ediblər:

“Sevinc xanım burada ictimai əsaslarla çalışır, hazırda tədbirlə əlaqədar burada deyil. Amma hər zaman işinin başındadır. Sevinc Atayeva bir ildir fəaliyyət göstərir və gələn gündən burada baş verən neqativ hallarla bağlı, vətəndaşlardan daxil olan saxta sənədləri araşdırıb və ona uyğun olaraq da müraciət edib. Köhnə möhürün təhvil verilməsinə görə də müraciət edib. Köhnə möhürün kimdə olması məlum deyil. İş aparılır, yekunlaşdıqdan sonra məlumat veriləcək”.
Tarix: 18-07-2023, 22:00
Xəbəri paylaş





Xəbər lenti