Kolumbiyanın gizli aşiqi...

Kolumbiyanın gizli aşiqi...Əhəd Abıyev

Sovet təzə dağılmışdı. Hələ də sənəd blanklarının çoxu ruscaydı. Hava limanında bəyannamə (deklarasiya) doldurmaq lazım gələndə gərək rusca suala öz ana dilimizdə cavab yazaydın.

Bir məşhur personaj da uçuş ərəfəsində blankı dolduranda bir bənddə sual belə qoyulur: "Пол". O personaj da "pol" sözünün əslində təkcə "döşəmə" deyil, həm də "cins" demək olduğunu bilmir. Üstəlik anlamır ki, deklarasiyanı onun şəxsiyyəti maraqlandırır, ona görə soruşur: "Kişisən, yoxsa qadın?" Bu personaj da götürüb "pol" sözünün qabağına yazır: "Parket". Və sonradan deputat olur, 12 il icra başçısı işləyir. Siz də deyirsiniz ki, Əhəd Abıyev Kolumbiyanın bayrağını Ermənistanın bayrağı ilə səhv salır. Adam "cins" anlayışını "döşəmə"dən ayıra bilmirsə, xarici bayraqların alt-üst rənglərini necə seçəcək?!
Şəxsən məni təəccübləndirən o deyil ki, Əhəd Abıyev Ermənistan bayrağının əvəzinə Kolumbiya bayrağını yumruqlayıb, diplomatik böhrana səbəb olmuşdu. Mənə qəribə gələn odur ki, Kolumbiya bizim Masallı rayonundan pərvazlanıb ölkənin dörd bir yanına uçan Abıyevlərə bir köynək yaxın olmalıydı axı.
Yox, Qabriel Qarsia Markesin vətəni kimi yox!
Ən bahalı ağ tozun ən "bərəkətli" Vətəni kimi...
Belə adamlar var ki, onları son mənzilə yola salanda elə o yumruqladığı Kolumbiya bayrağına bükmək məsləhətdi.
Yox, haşa, ölüm arzulamaq deyil. Allah can sağlığı versin! Adam 12 il icra başçısı işləyib, ən azı 112 il yaşasın! Demək istədik ki, Kolumbiya bayrağı bəlkə alt şüurun hadisəsidir. Kolumbiyaya gizli bir eşqdən...
Qara Şəhərli, Bizimyol.info
Tarix: 20-07-2023, 13:28
Xəbəri paylaş





Xəbər lenti