Ağdam rayon sakinlərinin Prezidentə Müraciəti….


Ötən ayın 23 iyun tarixində Ağdam rayon sakinləri İcra Hakimiyyətinin qarşısında toplaşıb aksiya etmişdirlər.
Sakinlərin şikayəti kəndlərdə evlərin dam örtükləri, həyətlər-bacalar, küçələr güclü yağışdan yararsız hala düşməyindən onlara icra qurumu tərəfindən yardım olunmadığından irəli gəlmişdir.
O zamanlarda Ağdam rayon sakinləri icra başçısının qəbulunda olmaq istəyiblər. Onlar icra başçısından evlərinə dəyən ziyanın aradan qaldırılmasına köməklik etməsini istəsələr də, rayon sakinlərini İcra Başçısı Vaqif Həsənov qəbul etməmişdir.
Hələdə rayon sakinləri iddia edirlər ki onların problemləri həll olunmayıbdır. Ağdam İcra Başçısı Vaqif Həsənov evlərinə zərər dəyən Ağdam sakinlərini dinləməkdən yayınır.
Ağdam rayon sakinlərinin Prezident İlham Əliyev Cənabına müraciətini yenidən xatırladırıq.
Mövzuya qayıdacayıq.
Qarşı tərəfin mövqeyini dinləməyə hazırıq…
Gəncə müxbiri Azər
Tarix: 20-07-2023, 17:14
Xəbəri paylaş





Xəbər lenti