Kəlbəcər sakini 3 min manat “şirinlik” verib, qaçqınlara ayrılan evdən almaq istədi, amma… - DƏLƏDUZLUĞA MƏRUZ QALAN ŞƏXS POLİSİN ŞİKAYƏTƏ BAXMADIĞINI İDDİA EDİR


Xırdalan şəhər sakini Rəhimov Zabil Həşim oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi iddia edir ki, tanışı Mövlayev Sahib Zabit oğlu onu aldadaraq, 3 min manat pulunu mənimsəyib:
"Mən, Rəhimov Zabil Həşim oğlu, 16.07.1984-cü ildə Kəlbəcər şəhərində anadan olmuşam, ailəliyəm, üç övladım var.
Günlərin bir günü özünü Əlisahib Zabit oğlu (Mövlayev Sahib Zabit oğlu) kimi təqdim edən bir şəxslə tanış oldum. Mənə kəlbəcərli olduğunu dedi. Xeyli söhbətdən sonra mənə dedi ki, qaçqınlar üçün verilən evdən almaq istəsən, mənə deyərsən.
Bu xəbər evsiz bir adam üçün möcüzə kimi bir hal idi. Necə, nəcür deyə soruşdum. Bildirdi ki, 3 min pul lazımdır.
Borc-xərc bu pulu tapıb, Əlisahibə verdim. Aylar keçdi, günlər keçdi bu adam ev haqda bir söz demədi. Beləliklə, 3-4 ildir pulumu bu şəxsdən ala bilmirəm.
Sonradan eşitdim ki, onun tək “qurbanı” mən deyiləmmiş. Polisə dəfələrlə müraciət etmişəm, sanki heç belə bir şikayət olmayıb kimi davranırlar. Polis şikayətə məhəl qoymur. Bu şəxs məni və mənim kimi evə ehtiyacı olanları dələduzluq yolu ilə aldadıb.
Sizdən xahiş edirəm, mənim problemimi işıqlandırın".
Qeyd edək ki, qarşı tərəfin mövqeyini dərc etmək üçün mobil telefonuna dəfələrlə zəng vursaq da, cavab vermədi.
Jalə FAMİLQIZI
Redaksiyadan: Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
Tarix: 20-07-2023, 21:45
Xəbəri paylaş





Xəbər lenti