`Azərlotoreya`da qazanmaq şansı NAĞILDIR... - "ALDANMAYIN..."


"Aldanmayın". DİA.AZ bildirir ki, bu uyarı ilə sosial şəbəkədə Atabəy Qismətli adlı istifadəçi çıxış edib.

Narazı vətəndaş olduqca ilginc araşdırma ilə rəsmi QUMAR ŞƏBƏKƏSİ sayılan "Azərlotoreya"nı ifşa edib.

DİA.AZ həmin araşdırmanı təqdim edir:

" "Azərlotoreya" bildirir ki, 60 milyon ədəd 1 manatlıq - "Qızıl 5" lotoreya biletini satışa buraxıb. Bu 60 milyon biletdən cəmi 12 biletdə 25 000 manatlıq böyük uduş var. Yəni, sizin bu lotoreyadan 25 000 manat qazanmaq ehtimalını 1/5 000 000-dur (12/60 480 000). Çox kiçik ehtimaldır.

Təsəvvür edin ki, bu ehtimal sizin bilet almaq üçün getdiyiniz yolda qəzaya düşüb ölmək ehtimalınızdan daha kiçikdir. (Ötən il Azərbaycanda təkcə yol qəzalarında 706 nəfər həyatını itirib)"

Məsələ ilə bağlı Siam.az olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq...
Tarix: 22-07-2023, 10:51
Xəbəri paylaş





Xəbər lenti