DİN-dən Qubad İbadoğlu barədə açıqlama

"5 nəfərdən biri Qubad İbadoğlu ilə əlaqəsinin olması barədə ifadə verib"
"Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Türkiyə Respublikasının Daxili İşlər Nazirliyindən daxil olan məlumat əsasında ölkəmizdə feto ilə əlaqəli olan şəxslərə qarşı əməliyyat tədbirləri keçirmişdir". 
AYNA xəbər verir ki, bu ifadələr DİN-in məlumatında əksini tapıb.
Qeyd edilib ki, tədbirlərlə saxlanılan 5 nəfərdən biri Qubad İbadoğlu ilə əlaqəsinin olması barədə ifadə verib: "Həmin ifadə əsasında Qubad İbadoğlunun ofisində axtarış aparılmış, iş üzrə zəruri əhəmiyyət kəsb edən sənədlər aşkarlanmış və Qubad İbadoğlu saxlanılmışdır. Hazırda tədbirlər davam etdirilir"
Tarix: 23-07-2023, 22:47
Xəbəri paylaş





Xəbər lenti