Heydər Oğuz barəsində məhkəmə qərar verdi

Heydər Oğuz barəsində məhkəmə qərar verdi – Fotolar
Xüsusi ittiham qaydasında məhkəməyə verilmiş tanınmış jurnalist Heydər Oğuz barəsində qərar qəbul edilib.

H.Oğuz Suraxanı Rayon Məhkəməsinin qərarı ilə böhtan atmaqda təqsirli bilinərək 6 ay müddətinə islah işlərinə məhkum edilib.

Qeyd edək ki, Heydər Oğuz Naxçıvan Teleradio Şurasının üzvü Sara Əzimova tərəfindən məhkəməyə verilmişdi. S.Əzimova sosial şəbəkə hesabında paylaşdığı məlumatın H.Oğuz tərəfindən şərh edilməsini böhtan hesab edib. Xüsusi ittihamçı jurnalistin əməlinə görə Cinayət Məcəlləsinin 147-ci (böhtan) maddəsi ilə təqsirli bilinməsini istəyib.
Tarix: 23-07-2023, 23:24
Xəbəri paylaş





Xəbər lenti