“60 manata çay baha deyil” – Ekspertdən qalmaqallı açıqlama


“İstirahət mərkəzlərində müştərilərə qiymətlə bağlı əvvəlcədən məlumat verilməlidir. Əgər müştəriyə xidmətlə bağlı əvvəldən məlumat verilmirsə, bu qanun pozuntusudur”.

Bunu Qaynarinfo-ya açıqlamasında iqtisadçı ekspert Xalid Kərimli Qəbələdə istirahət mərkəzlərində çayın 60 manata təklif edilməsinə aydınlıq gətirərkən deyib.

Ekspert bildirib ki, iaşə sektorunda-restoranlarda, istirahət mərkəzlərində qiymətləri sahibkarlar öz strategiyalarına uyğun olaraq təyin edilir:

“Bəzən baha qiymət təyin edirlər, istəmirlər ki, kasıblar ora gəlsin. Yüksək qiymət təyin edərək, onların həmin restorana gəlməsinin qarşısını alırlar. Burada nə dövlətin atacağı addım var, nə də  cəmiyyətin. Yüksək qiymət təyin edən sahibkarın xidmətindən istifadə etməməklə cəzalandırmaq  olar. Bir tək yol budur”.
Xalid Kərimli hesab edir ki, istirahət mərkəzlərində qiymətin baha olub-olmadığını müəyyənləşdirmək çətindir:

“Bəlkə ən yaxşı, tanınan yerlər olub, bu üzdən çaya 60 manat hesablanıb. Orada tək çay deyil, yerin də qiyməti önəm daşıyır. Restoran yeri və xidməti satır, nüfuzunu qiymətləndirir. Bu rahat cavab veriləcək mövzu deyil”.

Ekspertin fikirincə, bu məsələdə sahibkarı tənqid eləmək doğru məsələ deyil:

“Elə adamlar var ki, büdcəsi böyükdür, ona fərq eləmir çayın qiymətinin baha olması. Hər restoranın özünün qonaqları var. Ən yaxşı yol restoranda oturmamaqdan əvvəl oranın qiymətləri ilə tanış olmaqdır. Büdcəsnə uğun gəlmirsə oturmaq lazım deyil, məcburi qiymət yoxdur”.
Tarix: 24-07-2023, 23:06
Xəbəri paylaş





Xəbər lenti