Azərbaycanda turizm: Maldiv adalarında Nabrandan daha ucuz dincəlmək

Azərbaycanda turizm: Maldiv adalarında Nabrandan daha ucuz dincəlmək
Sərhədlərin bağlı olması yayda dincəlmək istəyənləri çarəsiz vəziyyətdə qoyub. Təyyarə biletləri olduqca bahadır, yaxın düşmək olmur. Çarəzilikdən yerli istirahət zonalarına üz tutmaq lazım gəlir. Burada isə qiymətlər əksəriyyətin cibinə uyğun deyil.
Siam.az Bizimyol.info-ya istinadla xəbər verir ki, indi Maldiv adalarında dincəlmək Nabranda istirahətdən daha ucuz başa gəlir. Səyahət qruplarından birində beləcə də yazılmışdı. Həqiqətən də, sentyabrda Maldiv səfəri təşkil etməklə Nabrandan daha ucuz dincəlmək olar. Yəni ifadə boşuna yazılmayıb.

“Wizzair”in Bakıdan Əbu-Dabiyə reyslər təşkil etməsi yaxşı imkanlar yaradır. İndi Maldiv adalarının paytaxtı Maleyə xeyli ucuz getmək mümkündür. Məsələn, sentyabrın 7-si yola düşərək bir həftə sonra geri qayıtmaq 295 avroya başa gəlir. Maldiv adalarında beşulduzlu oteldə bir həftə qalmağın dəyəri 200 avroya çatmır. Əlbəttə, bahalı otellər var. Amma yetərincə uyğun yerdə günü 30 avrodan ucuz qalmaq olar.

Təxminən 900 manata dünyanın ən yaxşı kurort bölgələrindən birində dincəlməkdən söhbət gedir. Gəlin görək Azərbaycanda bu qiymətə keyfiyyətli istirahət əldə etmək mümkündürmü? Dəniz kənarında 900 manata bir həftə dincələ biləcəyiniz beşulduzlu otel otağı tapa bilməzsiniz. Qalan məsələləri heç müzakirə etməyək. Hər halda yol xərci, yemək qayğıları da var. Azərbaycanda istənilən istiqaməti müqayisə edə bilərik. Hətta sentyabrın əvvəllərində də bizim ölkədə 900 manata bir həftə keyfiyyətli istirahət mümkünsüz görünür.

Xüsusilə sosial mediada yanlış fikir var ki, insanların maddi durumu pis deyil, bölgələrdə bahalı otellərdə dincələ bilirlər. Təkcə əməkhaqqıları ilə bağlı statistikaya göz atmaq kifayətdir. Böyük əksəriyyətin bu ölkədə dincəlməyə imkanı çatmır.

Qiymətlər çox bahadır. Hələ ondan danışmırıq ki, xidmət səviyyəsi qiymət müqabilində çox aşağıdır. Dincəlməyə birtəhər imkan tapanlar isə xaricə üstünlük verir. Çünki daha yaxşı şərtlərlə başqa ölkədə istirahət imkanı varsa, konkret soyğunçuluqla məşğul olan yerli turizmi seçməyə dəyməz.
Tarix: 27-07-2023, 10:33
Xəbəri paylaş





Xəbər lenti