Ata və oğulun Abdulbari Gozalın rəhbəri olduğu şirkətlə məhkəmə çəkişməsi davam edir

Vətəndaşlar Hüseynov Əli Polad oğlu və Hüseynov Ramil Əli oğlu ilə “Azərsun Holdinq” Məhdud Məsuliyyətli Cəmiyyətinin məhkəmə çəkişməsi davam edir.
 
Pravda.az-ın xəbərinə görə, ata və oğulun şikayətinə Bakı Şəhəri Nizami Rayon Məhkəməsində baxılır. İş hakim Rauf Əhmədovun icraatındadır. 
 
İşin mahiyyəti mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsidir.
 
Növbəti məhkəmə iclası avqustun 9-da keçiriləcək.
 
Qeyd: “Azərsun Holdinq”in rəhbəri tanınmış iş adamı Abdulbari Gozaldır.
Tarix: 31-07-2023, 12:42
Xəbəri paylaş





Xəbər lenti