“Azercell Telekom” vətəndaşla ÜZ-ÜZƏ... - TƏFƏRRÜAT

“Azercell Telekom” vətəndaşla ÜZ-ÜZƏ...
Vətəndaşla “Azercell Telekom”un torpaq mübahisəsi məhkəmə ilə nəticələnib.

DİA.AZ bildirir ki, Tribunainfo.az-ın əldə etdiyi məlumata görə, vətəndaş Bayram Məmmədov “Azercell Telekom”u məhkəməyə verib. Ölkənin ən böyük mobil operatoru hesab ediən “Azercell”ə qarşı qaldırılan iddianın səbəbi olduqca maraqlıdır.

İşin mahiyyəti torpaq mübahisəsi, torpaq sahəsinin boşaldılması tələbidir. B.Məmmədov “Azercell”dən qanunsuz olaraq zəbt etdiyi torpaqdan çıxmasını tələb edir.

İşə Göyçay Rayon Məhkəməsində hakim Qələmdar Abbasovun sədrliyi ilə baxılır. Proses 2 avqust tarixinə təyin edilib.
Tarix: 31-07-2023, 15:37
Xəbəri paylaş





Xəbər lenti