Bunlar özbaşınamı qalıb belə? - AXI NİYƏ?


"24.07.2023-cü il tarixində Sumqayıtın 13-cü mikrorayonunda yerləşən "İrşad Elektroniks"dən maddi dəyəri 2100 AZN olan kondisioner götürülüb. 26 iyul kondisioner çatdırıldı, pultu cızıq idi və dedilər ki dəyişdirə bilərsiniz, yəqin ki anbarda səhv olub və pultu həmin gün dəyişdirdik". DİA.AZ bildirir ki, bu barədə "Müştərinin Səsi" sosial qrupundakı paylaşımında Lalə Əzimova adlı istifadəçi giley edir.

Narazı vətəndaş daha sonra yazır: "27 iyul tarixində məhsul quraşdırıldıqda stabilizator olmadığı üçün (həyət evidir) yoxlamaq üçün işə salındı va bildirildi ki stabilizator olmadan uzun müddət qoşulu saxlamayın. Dedikləri kimi stabilizator alındıqdan sonra kondisioner işə salındı, 17dərəcə olmağına baxmayaraq çox zəif işləyirdi və sadəcə quru hava vururdu.

Şikayətimizi həmin gün mağazaya bildirdik va dedilər ki qeyd olundu, servis gəlib baxacaq. Daha sonra nəticə olmadığını görüb mağazanın baş ofisinə - *0171 zəng vurduq və bildirdilər ki servisə zəng etməlisiniz. Servisə zəng vurduq, hansı ki Samsung şirkətinin nömrəsi idi.. əməkdaşlar müraciəti geyd etdilər.

02 avgust, yəni dünən servisin əməkdaşı zəng edib "Sizdə hansı zəmanət talonu var" deyə soruşdu, əlavə etdi ki əgər mağazanın A4 vərəqində çapda verdiyi zəmanət talonudursa, biz baxmırıq. Daha sonra mağazaya vəziyyəti izah etdim va 1 həftəyə yaxın müddətdə bizə servisdən baxılmalıdır dedikləri halda, öz ustamızı göndərək yəqin ki qazı qurtarıb deyildi.

Öz ustalarını göndərdilər, usta "qazda problem yoxdur, kondisioner işləyir daa" deyib dinləmədən çıxıb getdi. Mağazanın baş ofisinə təkrar yığıb yaranmış vəziyyəti izah etdim, onlar isə 3 iş günü ərzində müraciətinizə baxılacağını bildirdilər. Daha sonra "İrşad"ın öz servisinin əməkdaşı zəng edib ki, yaxınlaşın "Samsung"un zəmanət talonunu götürün. Sual verirəm ki bəs A4 kağızında verilən zəmanət talonu nədir bəs? Deyirlər ki, "İrşad" 1il, "Samsung" 2 il zəmanət verir. Halbuki "Samsung" servis deyir biz 3 illik zəmanət veririk. Qutusu açılıbsa, qaytara bilmərsiniz, qaytarmaq üçün isə servis rəy yazmalıdır bizə deyir.

Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə elektron qaydada müraciət etmişəm, ümid edirəm ki məsələ tez bir zamanda həllini tapacaq".

İddia olunanlarla bağlı Siam.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq...
Tarix: 3-08-2023, 07:24
Xəbəri paylaş





Xəbər lenti