İlqar Məmmədov: "Hər nəslin öz ""Azadlıq Radiosu" böhranı" olur"


""Azadlıq Radiosu" sonuncu dəfə partiya sədri kimi məndən 1 il əvvəl müsahibə alıb. Ondan öncə isə daha 8 ay əvvəl. Lap ondan öncə isə daha 10 ay əvvəl. Təxmini məlumatdır. Yəni 3 ildə məndən cəmi 3-4 dəfə açıqlama istəyib. Baxmayaraq ki, bu dövr ərzində REAL partiyası dəfələrlə gündəm yaradıb, çox adam bizi ya dəstəkləyib, ya da əksinə tənqid edib. "Azadlıq Radiosu"nun ayrı-ayrı jurnalistlərinə heç bir iradım yoxdur, görünür bu, rəhbərliyin siyasəti idi. Ona qarışa bilmərik, amma özümüz üçün nəticələr çıxarmışıq: bizi öz informasiya resurslarımızda izləyin - youtube, telegram, instagram, tiktok və s."

Pravda.az xəbər verir ki, bunu bunu REAL Partiyanın sədri İlqar Məmmədov deyib.
 
"Onu da deyim ki, hər nəslin öz ""Azadlıq Radiosu" böhranı" olur. 2003 seçkisinə 2 ay qalmış Mirzə Xəzər işdən çıxarıldı və nəticədə çox adam ABŞ-ın İlham Əliyevə seçki dəstəyi verməsi qənaətinə gəldi. 2005 seçkisindən sonra Azadlıq Radiosu hökumətlə necəsə anlaşdı və keçdi FM radio dalğasına, amma 2009 referendumuna 3 ay qalmış FM yayımını hökumət qadağan etdi. İndi də seçkiyə 1 il və ya daha az vaxt qalmış vaxtda deyilir ki, hakimiyyətin təbliğatçılarından kimsə redaksiya rəhbərliyinə gətirilib - bilmirəm bu doğru məlumatdır ya da yanlış, amma sosial şəbəkələrdə müzakirə olunan budur" - İ.Məmmədov əlavə edib.
Tarix: 3-08-2023, 13:38
Xəbəri paylaş





Xəbər lenti