Gömrük Komitəsi “SOCAR Midstream Operations”ə cərimə protokolu yazdı

“SOCAR Midstream Operations” Məhdud Məsuliyyətli Cəmiyyətinə cərimə protokolu yazılıb.
 
Pravda.az-ın xəbərinə görə, şirkət barəsində Dövlət Gömrük Komitəsi tərəfindən İnzibati Xətalar Məcəlləsinin 485.2-ci (Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir) maddəsi ilə protokol tərtib edilib.
 
İş Səbail Rayon Məhkəməsinin hakimi Azər Tağıyevin icraatındadır. Məhkəmə iclası avqustun 17-də keçiriləcək.
Tarix: 4-08-2023, 11:11
Xəbəri paylaş





Xəbər lenti