Fuad Nəcəfli də Xanın YOLUNU GEDİR... - Trolu da var... tulası da...


Tanınmış jurnalist Heydər Oğuz açıq şəkildə təhdid olunur. DİA.AZ bildirir ki, bu barədə jurnalistin özü məlumat verib. Naxçıvanda Prezidentin xüsusi nümayəndəsi vəzifəsini tutan Fuad Nəcəflinin müdafiəçiləri tərəfindən təhdid olunduğunu qeyd edən jurnalist MR-nın hazırki rəhbərliyini devrilmiş Vasif Talıbovun yolunu getməkdə də ittiham edib.

Jurnalist Fuad Nəcəfliyə xitabən yazır: "Hörmətli, Fuad Nəcəfli bəy, Sizin adınızdan məni təhdid edən bu trol qırığı kimdir?
Ümid edirəm ki, bunu özünüz müəyyənləşdirəcəksiniz. Mən isə Sizə sadəcə onu xatırlatmaq istəyirəm ki, vaxtilə "xan" həzrətləri də üstümə bir sürü trol (Sizin təbirinizcə desək, tula) dəstəsi salmışdı. Amma bu, onun istefaya getməsini əngəlləmədi və nəticədə nə oldu, bilirsinizmi? Həmin trol dəstəsinin başçısı və fəalları indi Sizin yanınızdadır və daha yuxarı vəzifələrə göz dikiblər.
Ehtiyatlı olmağı Sizə məsləhət görürəm. Naxçıvanda doğulsanız da, oranı yaxşı tanımırsınız. Əzəldən Dağyanusunlar məmləkəti kimi tanınan bu diyara həm də "gülüm Naxçıvan" deyirlər. Çünki hazırda idarə etdiyiniz o məmləkətdə ala qarğa bala çıxara bimir.
Qorxuram, trol kampaniyasını təşkil edənlər Sizi də kimlərləsə üz-üzə qoya-qoya güdaza verə və yerinizdə əyləşələr".

Fuad Nəcəfli də Xanın YOLUNU GEDİR...
Fuad Nəcəfli də Xanın YOLUNU GEDİR...

Məsələ diqqətimizdədir.

//DİA.AZ//
 Siam.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq...
Tarix: 5-08-2023, 09:12
Xəbəri paylaş





Xəbər lenti