Kasıb binəva `Azərlotoreya`nı GÜDÜR... - ÇARƏSİZLİK...


"Hər həftə lotoreya alıram ki, bəlkə qismət mənə də güldü. Həm də camaata söz vermişəm də, udsam dostlarımın hər birinə 100 manat verəcəm. Amma hələ ki, alınmır. Əslində özüm də xam xəyallarla yaşadığımı bilirəm".

DİA.AZ bildirir ki, bu barədə Bakı sakini Gülağa Əliyev müraciətində qeyd edir. Narazı vətəndaş daha sonra yazır:

"İndi xəbər oxudum ki, Şəkidən bir nəfər "Super Keno" (maraqlı adı var) lotoreyasından 100000 manat udub. Sağlıqla xərcləsin! Nə deyirəm ki, amma NİYƏ AXI ƏYALƏTDƏ?

Müşahidə etmişəm, son zamanlarda udanların böyük hissəsi rayonlarda yaşayanlardır. Ya daha çox bilet alan rayon camaatıdır, ya da bu "Azərlotoreya" aşkar şəkildə fırıldaq edir... Çünki kimdir onların bu dələduzluğunu tutmaq üçün rayon-rayon düşüb araşdırsın...

Onsuz da arxalarında dövlət dayanıb. İstədiklərini də edirlər.

Biz kasıblar isə "Azərlotoreya"nı güdməklə məşğuluyq ki, bəlkə biz də qazanaq nəsə...

Amma olmayacaq. Artıq balalarımın boğazından ksəib "Azərlotoreya"ya yedirtməyi düşünmürəm... Hamıya da durmağı tövsiyyə edirəm. Onlar bizi rəsmən ələ salırlar..."
//Dia.az//
İddia olunanlrla bağlı Siam.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq...
Tarix: 7-08-2023, 11:51
Xəbəri paylaş





Xəbər lenti