`“Azpetrol” benzini az doldurur? - VİDEO

`Azpetrol`dur... ÇOX PETROL deyil ki: BENZİNİ AZ VURUR?
Sosial şəbəkə istifadəçilərindən biri avtomobili ilə yanacaqdoldurma məntəqəsinə daxil olub, videoçəkiliş edib.

Belə ki, sürücü məntəqəyə daxil olmazdən öncə avtomobilin bort kompüteri 6 litr benzin olduğunu göstərir. Sürücü isə 20 litr benzin doldurur. Yanacaqdoldurma məntəqəsindəki monitorda 20 litr benzin vurulduğu göstərilsə də, sürücünün bort kompüteri 3 litr əksik vurulduğunu göstərib.

O, “Azpetrol”un vətəndaşları aldatdığını iddia edir.

SİAM.AZ bildirir ki, məsələni araşdırmaq üçün Pravda.az-ın əməkdaşı “Azpetrol LTD”nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Arzu Ağayevə ilə əlaqə saxlayıb.

A.Ağayeva açıqlamasında belə deyib: “Həmin şəxs özü artıq bizə birbaşa müraciət etdi və cavabını da aldı...”

A.Ağayeva sürücüyə “Azpetrol” tərəfindən hansı cavab verildiyini açıqlamayıb.


Tarix: 18-08-2023, 18:51
Xəbəri paylaş





Xəbər lenti